Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronovirusla mübarizədə Azərbaycan təcrübəsi: Lider-Xalq birliyi, hər şey Azərbaycan insanı üçün...

Prezidentin tapşırığı ilə pandemiyanın vətəndaşlara təsirinin minimumlaşdırılması üçün tədbirlər davam edir və edəcək...

Səbuhi Məmçədli yazır...

Dünyanı bürüyən pandemiya, əslində irili-xırdalı dövlətlər üçün bir sınaq da oldu. Çindən ABŞ-a, Britaniyadan Çiliyə, Kanadadan Avstraliyaya qədər Yer planetini ağuşuna almış bu bəla bizi qəfil yaxalamışdı. Dünya buna hazır deyildi; bu, bir gerçəkdir.

Amma bununla belə qısa zamanda toparlanan və qabaqlayıcı tədbirlər görən dövlətlər də var idi. Onların ilk sıralarında gələnlərdən biri də Azərbaycan oldu. Azərbaycan dövlətinin, onun rəhbərinin optimal və effektli tədbirlər görməsi, dərhal qabaqlayıcı addımlar atması nəticəsində, biz indi dünyada koronavirusla mübarizə aparan nümunəvi dövlətlərdən biriyik.

Heç kimə sirr deyil ki, pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlara qarşı mübarizə böyük maliyyə vəsaiti tələb edir. Və o da məlumdur ki, iqtisadi fəallığın aşağı düşdüyü bir zamanda əhalinin sosial müdafiəsi ön plana çıxır. Amma artıq tarixin sınağından çıxmış bir həqiqət var, Azərbaycan həqiqəti; Azərbaycan dövləti, onun Prezidenti hər zaman, öz xalqının yanındadır. Pandemyia başlayandan bir daha sübut olundu ki, hər bir Azərbaycan insanının həyatı və sağlamlığı, onun sosial rifahı Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edir. Prezidentin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözləri bir daha öz təsdiqini tapdı. Hə, bu ağır günlərdə Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayandı. Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritet sayıldı.

Prezidentin tapşırığı ilə pandemiyanın vətəndaşlara təsirinin minimumlaşdırılması üçün tədbirlər davam edir və edəcək. Hazırlanan sosial paketlər isə məşğul olmayan insanlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir. Prezidentin tapşırıqlarına əsasən, məhz məşğul olmayan, yəni işləməyən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir neçə proqramların icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir. Bir tərəfdən birdəfəlik ödənişlər edilir, digər tərəfdən isə bu ödənişi alan vətəndaşların sayı 600 min nəfərə qədər artırılır.

Bundan başqa DOST Mərkəzləri vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 30 milyon manat vəsait ayrılıb. Eyni zamanda əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da ödənişli ictimai iş yerlərindən faydalanan vətəndaşlarımızın sayı 90 min nəfərə çatacaq.
Pandemiyanın sosial-iqtisadi fəsadlarının azaldılması və postpandemiya dövrünə hazırlıq məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən 1 milyard manat vəsait ayrılması və daha sonra bu vəsaitin 3.5 milyard manata çatdırılması, ölkənin ən yaxşı otellərində karantin şəraitində olan 15000-ə yaxın xaricdən təxliyə olunan vətəndaşımızın tam dövlət büdcəsi hesabına saxlanılmasını mütləq vurğulamalıyıq.

Bundan başqa, cənab Prezidentin də qeyd etdiyi kimi, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin olunub. Pandemiya dövründə məşğulluğun qorunması və insanların sosial rifahının təmin edilməsi istiqamətində atılan çox mühüm addımdır. Bu dövrdə pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Ən mühüm məsələlərdən biri isə odur ki, Azərbaycan bütün bu işləri görmək üçün xaricdən hər hansı bir dəstək almır, bütün tədbirlər Azərbaycanın özünün iqtisadi imkanları və valyuta ehtiyatları hesabına həyata keçirilir.

Etiraf edək ki, çətin günlərdir. Amma ümidsiz deyilik təbii . Ən azı ona görə ki, Dövlət və onun Prezidenti öz vətəndaşının yanındadır. Və bu ağır günlərdə bir həqiqət də özünü bir daha sübut etdi; dövlətimizin başçısı hər bir azərbaycanlının prezidentdir.

Hə, bir də Milli həmrəylik. Elə prezidentin də qeyd etdiyi kimi: “Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik”.

Gözəl örnəkdir. Amma koronovirusla mübarizədə bu Azərbaycan təcrübəsi də, önə çıxdı: Lider-Xalq birliyi. Uğurun əsasını da məhz bu amil təşkil edir.

Səbuhi Məmmədli
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Şuşa təzələnir, Şuşa yenilənir, Şuşanın icra başçısını da yeniləyin…

Qətiyyət və xalqdan dəstək: “Biz bir yerdə güclüyük”

Dünyaya Azərbaycan nümunəsi: Bu, bir uğur hekayəsidir və onun banisi var  

Prezidentin verdiyi dəyər, atılan maskalar, topa ilk zərbə – Səbuhi Məmmədlidən təklif

Koronovirusla mübarizədə Azərbaycan təcrübəsi: Lider-Xalq birliyi, hər şey Azərbaycan insanı üçün...

Ən çox oxunanalar