Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun yeni mutasiyası nə qədər təhlükəlidir?

Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. APA TV xəbər verir ki, bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsi bu virusun qarşısının alınmasına nail olunmayıb. Son bir həftədə bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Virusun yeni növünün hətta "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar da yayılmaqdadır. Mütəxəssislər hesab edir ki, yeni mutasiya daha çox kontakta meyllidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir. Həkim Adil Qeybulla deyir ki, Sars-2 virusu yüksək yoluxma riski yaradan bir virusdur: “Hazırda bəzi mutasiya etmiş növlərinin getdikcə sürətlə yayılmasını müşahidə edirik. Artıq bəzi ölkələrdə 5-ci dalğanın başlanması rəsmən elan edilib. Hesab edirəm ki, Azərbaycanda da artıq bu yeni ştamm mövcuddur. Çünki xəstəliyin dinamikasının artması bir tərəfdən təmasların artmasına bağlıdır, digər bir tərəfdən isə epidemioloji vəziyyətə bağlıdır”. Həkim deyir ki, virusun yeni növünə yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə olunur. Artıq ölkəmizdə bir neçə məktəblinin də bu virusun qurbanı olduğunu nəzərə alsaq əhalidən maksimim ehtiyatlı olmaq tələb olunur: “Hesab edirəm ki, indidən müəyyən tədbirlərə hazır olmaq lazımdır. Ola bilər ki, dərslər bütövlükdə və ya qismən onlayn sistemə keçirilsin. Eyni zamanda ola bilər ki, epidemioloji vəziyyət daha sərt qərarların qəbul edilməsinə gətirib çıxarsın. Buna görə də insanlara tövsiyəmiz odur ki, qapalı məkanlarda karantin qaydalarına əməl edilsin. Xüsusilə də tələbələr, şagirdlər maska taxmaq, məsafə gözləmək, xəstə adamların dərsə gəlməməsi, vaxtında müayinə olunması, yataq rejiminə keçilməsi, ciddi müalicə alması və s məsələlər təmin edilmədir. Müəllimlər də bu işdə aktiv olmalıdırlar”. Artıq insanlar arasında sanki bir arxayınlıq yarandığını deyən həkim hesab edir ki, koronavirusun ölkəmizdə yayıldığı gündən indiyə qədər ölənlərin sayını nəzərə alsaq, o zaman virusun olduqca ciddi düşmən olduğunu anlamış olarıq. Bunun üçün də insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunması vacibdir. Eyni zamanda hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi də zəruridir. Çünki təcrübə göstərir ki, peyvənd olunan şəxslər arasında ölüm halları daha az müşahidə edilir. Dünya təcrübəsi göstərdi ki, güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Ona görə də koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Hansı yolla olursa olsun, biz koronovirusa qarşı mübarizəni gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar