Çərşənbə axşamı, 02 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusun yayılmadığı yeganə ərazi - Foto

Antarktidada 4000 insan koronavirusun yaratdığı böhranı uzaqdan izləyir...

Sondakika.com xəbər verir ki, Çinin Uhan şəhərində ortaya çıxandan sonra qlobal böhrana çevrilən yeni növ koronavirus Antarktida istisna olmaqla bütün dünyanı cənginə alıb.

Soyuq havada yaşamaq şansı daha yüksək olan koronavirusun aşkar edilmədiyi yeganə yerin demək olar ki, hər tərəfi buz və qarla örtülüb.

Antarktida qitəsində araşdırma aparan italiyalı Alberto Della Rovere ölkəsindəki fəlakəti dünyanın başqa bir hissəsindən narahatlıqla izləyərək, “Washington Post” qəzetinə müsahibə verib:

“Hazırda bura daha etibarlıdır. Dostlarımız da bunu bizə deyirlər, amma burada həm qohumlarımız, həm də ölkəmiz üçün narahatıq”.

Antarktidanın dünyanın ən təhlükəsiz yeri olduğunu vurğulayan Rovere məhdud sayda giriş-çıxışın olduğunu, gələnlərin müntəzəm həkim nəzarətindən keçdiyini qeyd edərək, burada koronavirusun yayılma ehtimalının olmadığını bildirib.

Hazırda Antarktida qitəsində 28 ölkənin tədqiqat stansiyaları mövcuddur. Ən böyük stansiya ABŞ-a məxsusdur. Antarktidanın Ross Ays Şelf sahəsindəki “Mak Murdo” stansiyasında min nəfər yaşayır.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Antarktida


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Vüqar Səfərli həbs olunmalıdır” – Deputat

“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Günün gerçəyi - Video

“Təfərrüatları açıqlaya bilmərik” - İlkinin vəkilləri

Nurlan Əzizbəylinin xanımı 30 minlik dələduzluqda ittiham olunur - Video

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Başqasının xanımını narahat edən sabiq məmuru döyüb xəstəxanalıq etdilər

“Onlar susublar deyə...“ - Adil Əliyev həmkarlarını tənqid etdi

“Karantin qaydaları yenidən sərtləşdirilə bilər“ - Səhiyyə Nazirliyi

loading...

Ən çox oxunanalar