Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun "simptomsuz" insanlar tərəfindən yayılması getdikcə daha çox sübuta yetirilir

Alimlər koronavirusun aşkar əlamətləri olmayan sağlam insanlar tərəfindən yayıldığına dair xeyli dəlillər təqdim ediblər...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər tərəfindən Sinqapur və Çində aparılan tədqiqatlar göstərir ki, koronavirus infeksiyasının 10 faizi virus daşıyıcıları tərəfindən yaradıla bilər. Lakin tamamilə mümkündür ki, bu adamlarda simptomlar hələ aşkarlanmayıb, yaxud da onlar xəstəliyi simptomsuz keçirirlər.

Ekspertlər hesab edirlər ki, alınan nəticələr koronavirus pandemiyasının nəzarətə alınmasını mürəkkəbləşdirir və sosial distansiya saxlamağın və koronavirus infeksiyasının yayılmasının qarşısını almağa imkan verən digər tədbirlərin əhəmiyyətini qat-qat artırır.

"Siz tamamilə sağlam görünən insanlar arasında ünsiyyətin azaldılmasında həqiqətən də fəal olmalısınız", - deyə Ostindəki Texas Universitetinin tədqiqatçısı, koronavirusun ötürülməsini öyrənən Loren Ansel Meyers bildirib.

Tədqiqatın gedişində Sinqapurda yanvarın ortalarından martın ortalarınadək qeydə alınan koronavirusa 243 yoluxma halı, o cümlədən ölkə hüdudlarından kənara çıxmayan 157 nəfər arasında yoluxma halı diqqət mərkəzində olub. Alimlər müəyyən ediblər ki, yerli yoluxdurma hallarının 6 faizində koronavirus infeksiyası "simptomsuz" adlandırılan insanlar tərəfindən törədilib.

Çində daha bir tədqiqat belə ehtimal etməyə əsas verir ki, xəstəliyə tutulma hallarının 10 faizi koronavirusa yoluxan, lakin özünü xəstə hesab etməyən insanlar tərəfindən ötürülüb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) direktoru Robert Redfild dəyərləndirməni misal çəkərək bildirib ki, xəstəliyə yoluxanların 25 faizi simptomsuz ola bilər. Bu fakt bir sıra ölkələrin hökumətlərini tibbi maskalar taxılması barədə tövsiyələrə yenidən baxmağa məcbur edir.

pia.az


Etiket: COVID-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar