Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusun hamilə qadınlara və yeni doğulanlara necə təsir edir? - Həkim açıqladı

Koronavirusun hamilə qadınlara və onların dünyaya gətirəcəkləri körpəyə hansı formada təsir etdiyi açıqlanıb

PİA.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, indiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb:

"Koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb. Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta uşaq doğulduqdan sonra südünü körpələrinə verməlidirlər. Çünki süddə heç bir koronavirus aşkar edilməyib, digər tərəfdən süd körpələrin qidalanması isə çox vacibdir".

Həkim tövsiyə edib ki, hamilə qadınlar və yaxınları yaranmış hazırki vəziyyətdən panikaya düşməsinlər.

Onun sözlərinə görə, digər insanlar kimi hamilə qadınlar da koronavirusun qarşısının alınmasına yönələn sanitar-gigiyenik tələblərə əməl etməlidirlər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

190 manat pulu almaq istəyənlərin nəzərinə - Qaydalarla tanış olun

Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

Milli Məclisdə işləyən icra başçılarının və deputatların yaxın qohumları - Siyahı

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İddia

Londonda “taxt oyunları”: Kraliça Elizabetin dövrü bitir...

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edildi - Video

Koronavirus evlərdən yan keçmədi - Bakıda evlərin qiyməti ucuzlaşdı

“VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...

Emin Ağalarov: “Gəlirin yoxdursa, maaşı necə vermək olar?”

loading...

Ən çox oxunanalar