Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusun “ev dustağı” etdiyi xalqlar - Siyahı

Pandemiyanın dünyada yayılması nəticəsində əksər ölkələrdə sərt tədbirlərin görülməsinə zərurət yaranıb...

Nəticədə insanların hərəkətliliyində ciddi azalma müşahidə edilib.

PİA.az xəbər verir ki, Google ötən gün "location" məlumatlarından istifadə edərək hazırladığı hərəkətlilik hesabatını ötən gün yeniləyib. Son məlumatlara görə aprelin 5-dən etibarən dünya üzərində hərəkətlilik ciddi şəkildə azalıb. Məsələn, virusun geniş vüsət aldığı ABŞ-da evdə qalanların sayındakı artım 13 faiz olub. Alış veriş və əyləncə məkanlarında vaxt keçirən insanların sayı pamdemiyadan əvvəlki dövrlə müqayisədə 49 faiz azalıb. Park və bağçalarda keçirilən vaxtda 54 faiz, nəqliyyat vasitələrindən istifadə isə 40 faiz azalıb.

İtaliyada isə insanlar demək olar ki, alış-veriş mərkəzlərinə və əyləncə məkanlarına getmirlər. Çünki insanların bu yerlərdə keçirdiyi vaxt 95 faiz, park və bağçalarda olduqları vaxt isə 90 faiz azalıb. Evdə qalanların sayı isə 24 faiz artıb. İctimai nəqliyyatdan istifadə isə 86 faiz düşüb.

İspaniyada da vəziyyət acınacaqlıdır. Çünki göstəricilər İtaliya ilə çox yaxındır. 95 faiz 94 faiz alış veriş və əyləncə mərkəzlərində, 90 faiz park və bağçalarda keçirilən vaxt azalıb. Market və apteklərdən əvvəlki dövrlə müqayisədə istifadə 77 faiz düşüb. İçtimai nəqliyyatdan isə çox az kəsim istifadə edir. Evə "həbs olan"latın sayı 23 faiz artıb.

Fransa, İngiltərə və Yunanıstan isə göstəriciləri bir-birinə yaxın olan və eyni zamanda 80 faiz civarı azalan ölkələrdir. Belə ki, Fransa və Yunanıstanda alış-veriş və əyləncəyə xərclənən vaxt 85, İngiltərədə isə 82 faiz azalıb. Aptek və marketlərdən istifadə İngiltərədə 41, Yunanıstanda 45, Fransada 62 faiz düşüb. Nəqliyyat vasitələrindən istifadə isə yenə Yunanıstan və Fransada 80 və 82 faiz düşüb, İngiltərədə isə 70 faiz azalma var. Lakin bu ölkələrdə evdə qalanların sayındakı artım nisbətən fərqlidir. Belə ki, Yunanıstanda 21, Fransada 17, İngiltərədə isə 15 faiz artım olub. Almaniya və Səudiyyə Ərəbistanının isə kömək düşüş göstəricilərinə görə Amerikaya yaxın olan,yəni enmə trendinin digər ölkələrlə müqayisədə biraz az olduğu ölkələrdir. Çünki burada hərəkətlilik bir çox bölmələrdə 50 faiz civarında azalıb. Sadəcə ictimai nəqliyyatdan istifadədə Səudiyyə Ərəbistanında ciddi azalma görülüb.(Yenisabah.az)

Səudiyyədə evdə qalanların sayı 23, Almaniyada isə 7 faiz artıb. Aşağıdakı qrafiklə hərəkətliliyini azalma faizlərini bölmələr üzrə daha dəqiq öyrənə bilərsiz:

pia.az


Etiket: Koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar