Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusun Çində labaratoriyadan ətrafa sızdığı təsdiqlənir

Çinin hökumət tədqiqatçıları ölümcül yarasa koronavirusları daxil olmaqla, 2 mindən artıq heyvan virusunu təcrid ediblər...

Onlar COVID-19 pandemiyasının episentri sayılan vəhşi heyvan bazarından üç mil kənarda viruslar üzərində elmi iş aparıblar. Bu haqda “The Washington Times” qəzetində Bill Gertz yazır.

Son aylar, koronavirusun Uhanda yayılmağa başlamasından az əvvəl Çinin dövlət mediası sözügedən virus tədqiqatından söz açıb, özəlliklə, Vuhandakı əsas tədqiqatçı Tian Junhua-nı tərifləyirdilər.

Hazırda dünyada yüzminlərlə insanın yoluxduğu, on minlərlə insanın həyatını itirdiyi koronavirusun yarasalardan mutasiya etdiyi, Vuhanda vəhşi heyvan bazarında heyvanlara və adamlara keçdiyi güman edilir. Amma virusun dəqiq mənbəyi bir sirr olaraq qalmaqdadır.

Tian Junhua

Qəzet yazır ki, Çinin yarasa virusları üzərindəki araşdırmasıyla bağlı xəbərlərdən sonra Pekinə çağırışlar artacaq, bu işlə bağlı daha çox informasiya tələb olunacaq. “Bu, bəşəriyyət tarixində ən pis ört-basdırdır və dünya indi qlobal pandemiyayla üzləşib”, – ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı üzvü Maykl Makkaul ötən həftə deyirdi. O, Çinin pandemiyaya görə məsuliyyət daşımalı olduğunu vurğulayırdı.

Artıq Vuhanda və Hubey vilayətində həyat axarına düşməkdədir. Bu arada Britaniya mediası yazıb ki, Çində fəaliyyətini bərpa edən vəhşi heyvan bazarlarında yenə də yarasa, əqrəb satılır, elə bazardaca kiçik heyvanlar kəsilir. Çin rəsmiləri pandemiya haqda informasiya açıqlanandan sonra özünün koronavirus nümunələrini ABŞ tədqiqatçılarına verməyib, üstəlik, beynəlxalq mütəxəssisləri də bir neçə həftə Vuhana buraxmayıb.

Çinin dövlət mediasının yazmasına görə, cənab Tian heyvanlardan nümunə götürərkən qoruyucu uniforma geyinməyib və yarasa sidiyi ilə təmasda olub. O, xəstəliyin qarşısını almaqdan ötrü özünü 14 günlüyə təcrid edib. Elə COVID-19-a yoluxmaqdan şübhəli sayılan şəxslər üçün də belə bir təcrid müddəti tövsiyə olunur.

“Yarasalarda xeyli sayda bəlli olmayan viruslar var. Yarasaları nə qədər geniş tədqiq etsək, bu, insan səhhəti üçün bir o qədər yaxşı olar”, – Tian deyib.Tədqiqatçı gənələrdən, siçanlardan, eşşəkarısından da virusları toplayıb.

Uhan labaratoriyası

Bəzi ABŞ və beynəlxalq alimlərsə yeni virusun Çin laboratoriyalarında araşdırılması xəbərlərini rədd edirlər. Onların fikrincə, yeni virus təbii şəkildə insanlara keçib və sonradan insanlar arasında yayılmağa başlayıb. Bəzilərinin fikrincə isə, virusun Çin laboratoriyasında tədqiq olunmasına, oradan ya yoluxmuş işçi, ya da laboratoriya heyvanı vasitəsilə kənara çıxmasına dəlillər artır.

Rutgers Universitetinin professor Riçard Ebrayt deyir ki, pandemiyaya səbəb olmuş koronavirus Vuhan Virusologiya İnstitutunun 2013-cü ildə kəşf etdiyi yarasa virusuna 96,2 faiz bənzəyir. Onun sözlərinə görə, virus heyvandan insana keçə, yaxud laboratoriyadan da kənara çıxa bilərdi.

“Yarasa koronovirusları Çinin müxtəlif yerlərində toplanaraq laboratoriyalarda tədqiq olunur... Bu səbəbdən, ilk insan yoluxması laboratoriya qəzası da ola bilərdi”, – o, qəzetə deyib.

İndiyədək dünyada COVID-19 pandemiyasından 37 min 820 nəfər vəfat edib. 786 min nəfər virusa yoluxub. Rəqəmlər hər gün, hər saat artır...(virtualaz.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Koronavirus Çin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

Neftçala rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradıldı — Fotolar

“Agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub” - Elçibəyin köməkçisi

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar