Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusla bağlı yeni laboratoriya işə başladı - Video

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə bir çox yeni laboratoriyalar qurulub və istifadəyə verilib...

Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən laboratoriya da onlardan biridir.

Yeni tipli laboratoriya aprel ayının sonlarında quraşdırılsa da, zərurət yarandığından, mayın 8-dən fəaliyyətə başlayıb. Burada COVID-19 virusunun aşkarlanması üçün xüsusi testlər aparılır.

Laboratoriyanın müdiri Aqşin Hümbətov bildirib ki, müəssisə Almaniya istehsalı olan müasir texnologiyalarla tam təchiz olunub və burada ən kiçik ölçülü virusların təyini mümkündür.

Laboratoriya fəaliyyətə başlamazdan əvvəl Sumqayıt şəhərindən olan test nümunələrinin cavabını yalnız Bakıdan almaq mümkün idi. Hazırda isə laboratoriya Sumqayıtla yanaşı, həm də Abşeron sakinləri üçün xidmət göstərir. Laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə, xüsusi qoruyucu vasitələrdən – kombinezon geyimlər, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə etməklə fəaliyyət göstərirlər.

Hazırda Azərbaycanda 20-dən çox koronavirus infeksiyasını aşkar edən laboratoriya fəaliyyət göstərir.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: COVID-19


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Avqust ayında qəbul imtahanı olmazsa, abituriyentlər orduya çağrılacaq?

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

“Şəxsən mən utanc, xəcalət hissi keçirirəm” - Sabiq dövlət müşavirindən XİN-də keçirilən əməliyyata reaksiya

DTX-nin həbs etdiyi yüksək vəzifəli şəxs Safura Əlizadənin atasıdır

“Fairmont”da dincələn Mələk Heydərova işi ilə vidalaşdı

Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

“Fairmont”da dincələn aktrisa üzr istədi: "Üzrxahlıq edirəm" - Video

DTX-nin tutduğu XİN-in yüksək vəzifəli şəxsi: “10 faizini özümə götürürdüm” - Video

loading...

Ən çox oxunanalar