Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusla bağlı qorxunc statistika – Tezliklə pik həddə çatacaq

Xəstəliyi dərhal təyin edən test isə hələlik yoxdur...

London Gigiyena və Tropik Xəstəliklər Tibb Kollecinin İnfeksiya xəstəliklərinin riyazi modeelləşdirilmə Mərkəzinin alimləri koronavirusla bağlı riyazi hesablamalar aparıblar və xəstəliyin nə zaman pik həddə çatacağı, nə zaman səngiyəcəyi barədə ilkin fikir deyə biləcəklərini iddia edirlər.

Alimlərin fikrinə görə, 2019-nCoV virusuna yoluxanların sayı əslində məlum olan saydan 10 dəfə çox ola bilər.

Mərkəzin əməkdaşları koronavirusun yayılma sürətini qiymətləndirmək üçün riyazı model yaradıblar. İnkibasiya dövrü (5,2 gün), simptomlardan sonra qospitalizasiya (2,9 gün), diaqnozun qoyulmasına qədər olan dövr (6,1 gün), gündəlik xəstəliyə yoluxma sayı (3300 nəfər) və yoluxma riski olanların sayı 11 milyon (Uhan şəhərində) nəzərdə tutulmaqla virusun fevral ayının sonunda pik həddə çatacağı, daha sonra azalma dövrünün yaşanacağı düşünülür.Alimlərin fikrinə görə, hər 20 Uhan sakinindən biri xəstəliyə yoluxacaq ki, bu da 500 000 insan deməkdir. 10 milyonluq əhalinin 5 faizinin yoluxma riski daşıdığı qeyd olunub. Rəsmi məlumatlara görə, fevralın 9-da virusa yoluxanların ümumi sayı bütün dünyada 40 561 nəfər təşkil edir.

Bu say dəfələrlə arta bilər, çünki ilk simtomlara qədər də yoluxmuş olanlar var, xəstəliyi dərhal təyin edən test isə hələlik yoxdur.

ÜST-ün məlumatına görə, xəstəliyə yoluxanların 82 faizi yüngül, 15 faizi ağır, 3 faizi kritik səviyyədə keçirir. Bu statistika ilk 17000 yoluxma hadisəsinə əsasən aparılıb. ÜST həkimləri son günlər Hubey əyalətində yoluxma sayının stabilləşdiyini, hətta azaldığını deyirlər. Hazırda bütün dünyada koronavirusa yoluxanların sayı 40561 nəfərdir ki, onların 40185 nəfəri Çində qeydə alınıb, 910 nəfər ölb, 3400 nəfər sağalıb.(Bizimyol.info)

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar