Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusla bağlı hər şey:bioloji silah, yoxsa təbii mutasiya?   

Koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır. Ona görə də bu barədə lazımlı məlumatların bir qismini bölüşmək istədim

Virus nədir?

Virusların canlılara və ya cansızlara aid edilməsi hələ də sual olaraq qalır. Canlılara aid edilən 5 həyat əlamətinin (qidalanma, tənəffüs, böyümə və inkişaf, çoxalma, ölüm) yalnız biri - çoxalma onlarda mövcuddur. Çoxalmaları da öz hesablarına deyil, nüfuz etdikləri hüceyrənin ribosomları hesabına olur. Virusları tibbi şprisə bənzətmək olar. Bu "şpris"in içərisində quruluşundan asılı olaraq, genetik informasiya daşıyan RNT və ya DNT-dən təşkil olunmuş genetik material olur. Bu materialı xaricdən protein(zülal) əhatə edir. Proteinlər isə lipid təbəqəsi ilə örtülür. Adi şprislərdə olduğu kimi virusların boynu və uc hissəsi - iynəsi olur. Virus uc hissəsi ilə hüceyrəyə batır və öz genetik materialını sahib hüceyrəyə daxil etmək-tökməklə onu zədələyir. Hüceyrəyə daxil olan RNT və ya DNT həmin hüceyrənin ribosomları üzərində sahib hüceyrənin DNT-sini kənarlaşdıraraq öz xüsusi zülalını sintez edir və beləliklə əsas sahib hüceyrə mənsub olduğu orqanizm üçün təhlükə mənbəyinə çevrilir. Və belə yoluxmuş hüceyrələrdə virus DNT-ləri sahib hüceyrənin ənənəvi çoxalmasından qat-qat artıq dərəcədə çoxalmağa başlayır.

Viruslar RNT və DNT tərkibli olur: riboviruslar və dezoksiriboviruslar. Yəni hər hansı bir virusda nuklein turşularından yalnız biri olur. Bitkilərdə xəstəlik törədən viruslar adətən riboviruslardır. İnsanlarda isə hər iki növ virusların xəstəlik törətdiyi məlumdur. Qrip, qızılca, epidemik parotit, quduzluq, vezikulyar stomatit, QİÇS virusları, enteroviruslar, A hepatit virusu, reoviruslar, rotoviruslar RNT tərkibli viruslardır. Təbii çiçək virusu, çiçək vaksini virusu, sadə herpes, su çiçəyi, sitomeqaliya virusları, insanın B hepatit virusu, insan adenovirusları, adenoassosiyalaşmış viruslar və digər qruplar isə DNT tərkibli viruslardır.

BU GÜN BÜTÜN DÜNYANI HƏYƏCANDA SAXLAYAN KORONOVİRUSLAR DA RNT TƏRKİBLİ RIBOVİRUSLARA AİDDİR.

Koronaviruslar superkapsid viruslardır (+)ssRNA və bunun nə olduğunu bioloqlar yaxşı bilərlər. Yəni RNT genomu kapsid spiral simmetriya quruluşuna malikdir.( Viruslar müxtəlif struktur quruluşa malikdirlər ki, onlardan da biri spiralvari quruluşdur). Bu viruslar ən böyük RNT virusları olmaqla, genomik ölçüsü 26/32 kilobaz ağırlığında olur. Elə bu da onlardan qorunma tədbirlərini asanlaşdırır. Müqayisə üçün deyək ki, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir. Koronaviruslar struktur modifikasiyasına görə alfa, beta, qamma və deltakoronaviruslar olmaqla 4 qrupla təsnifləşdirilir.

Yarasalar, quşlar və digər uçan onurğalılar koronavirusların daşıyıcılarıdırlar. Yarasalar Alfa və Beta koronavirusların, quşlar isə Qamma və Delta koronavirusların təkamül keçməsində əsas daşıyıcı olmuşlar.

Koronaviruslarla nə vaxtdan tanışıq?

Koronaviruslar 1960-cı ildən elmə məlumdur. İlk dəfə toyuqlarda infeksion bronxit virusu aşkarlandı, sonra soyuqdəyməsi olan insanların burun boşluqlarında yaranan və 229E və OC43 şərti adı ilə qeyd edilən insan koronavirusları müəyyən edildi. 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV, 2019-cu ildə 2019-nCoV növləri kəşf edildi. Onu da qeyd edək ki, bu virusların əksəriyyəti ciddi tənəffüs yolu infeksiyalarına qarışdığından təsnif edilmir.

Koronavirusların təkamülü

Ümumiyyətlə, alimlərin əksəriyyətinin fikrincə, bütün virus infeksiyaları insanlara heyvanlardan keçir. Bu proses təqribən 10 000 il bundan qabaq baş verib və bu gün də davam etməkdədir. Heyvanlara isə bu viruslar milyonlarla il əvvəl düşüb.

Koronavirusların əcdadı e.ə. 8000-ci ildə ortaya çıxıb. Ola bilsin ki, daha qədim olsun.

Yarasa koronavirusu ilə MERC-CoV virusları 1951-ci ildə orta əcdaddan mutasiya etmişlər. Yarasa koronavirusu və insan koronavirusu OC43 isə 1899-cu ildə ayrılıb. XVIII əsrin sonlarında yarasa koronavirusu bütün digər növlərdən ayrılaraq ayrıca növə çevrilib. İnsan koronavirusu OC43 1899-cu ildə yarasa koronavirusundan ayrılıb. Bu virusun MRCA-sı 1950-ci ilə təsadüf edir. Ən sıx əlaqəli olan və bizə tanış olan SARS-CoV 1986-cı ildə yarasa koronavirusundan ayrılıb. Alimlər SARS-ın təkamül yolunun yarasalarla sıx əlaqəli olması fikrini irəli sürürlər. Bütün bunları geniş oxucu kütləsi üçün yazmaqda məqsədimiz odur ki, koronaviruslar digər viruslara nisbətən daha çox degenersiya edərək yeni mutasiyalar yarada bilirlər. Məhz bu gün pandemiya vəziyyətinə gətirib çatdıran COVİD-19 koronavirusu da bu mutasiyalardan biridir.

COVİD-19: təbii mutasiya, yoxsa bakterioloji silah?

Kolumbiya Universiteti, Edinburq Universiteti və Sidney Universitetinin də tədqiqatçılarının iştirak etdiyi Beynəlxalq İşçi Qrupunun qənaətinə görə yeni növ koronavirus COVİD-19 təbii mənşəlidir və sırf təkamül yolu ilə əmələ gəlib. "Nature Medicine" jurnalında dərc olunan nəticəyə görə ümumi genom ardıcıllığına dair əldə olunan məlumatlar və oxşar virusların geniş təhlili yeni virusun süni şəkildə və ya laboratoriya şəraitində istehsal edilməsinə dair iddiaların sübuta yetirilmədiyini bildirib.

Tədqiqatda COVİD-19-un reseptorlarını bağlayan sahənin, insan hüceyrələrinin müəyyən bir molekulyar xüsusiyyətini hədəf alması üçün inkişaf etdiyi aşkar edilib və tədqiqat qrupu bu inkişafın genetik mühəndisliyin deyil, təbii seçmənin nəticəsi olduğuna inanıb. Bu virusun inkişaf tempinin çox sürətli və təsirli olduğu xüsusi qeyd olunub. Elmi tədqiqatçılar müasir elmin belə bir "canavarı" yaratmaq gücündə olmasının qeyr-mümkün olması qənaətinə gəliblər. Tədqiqatçılar COVİD-19-un insanlara ötürülməsinin yarasa kimi qeyri-insani bir varlıqda təbii seçmə yolu ilə inkişaf edib, sonra insanlara keçdiyini və ya bəlkə də patogen olmayan virusun yalnız insanda mövcud olan ölümcül formaya keçə biləcəyini vurğulayıblar.

COVİD-19 barəsində qorxunc iddia

Alimlər virusun tam inkişaf etmiş forması ilə insanlara ötürülməsi nəzəriyyəsinin "gələcəkdə daha çox yayılması" ehtimalının artacağı xəbərdarlığını ediblər.

İnsan koronavirusu

Hollandiyanın Erasmus Tibb Mərkəzi virusları ardıcıllaşdırdıqdan sonra bu adı terminologiyaya daxil etdilər -İnsan Koronavirusu- Erasmus Tibb Mərkəzi (HCov-EMC). Bu virusların 7 növü məlumdur.

1.229E (HCov-229E)

2.OC43 (HCoV-OC43)

3. Kəskin tənəffüs sindromu ilə əlaqəli koronavirus (SARS-CoV)

4. NL63 (HCoV-NL63)

5. HKU1

6. Daha əvvəl Yeni koronavirus 2012 və HCoV-EMC kimi tanınan Orta Şərq tənəffüs sindromu ilə əlaqəli MERS-CoV

7. Uhan koronavirusu kimi tanınan Yeni koronavirus (2019-nCoV)

HCoV-229. Nl63, OC43 və HKU1 koronavirusları davamlı olaraq insanlar arasında dövr edir və qlobal səviyyədə uşaqlarda və böyüklərdə tənəffüs yolu xəstəliklərinə səbəb olur. Koronavirusun bütün ümumi soyuqdəymələrə səbəb olduğu güman edilir.

Koronavirusla əlaqəli epidemiyalar

SARS epidemiyası

Atipik sətəlcəm və ya digər adı Ağır Tənəffüs Sindromu-SARS 2002-ci ildə Asiyada, Çinin Qandun əyalətində başlayıb, 2 ay ərzində Honkonqdan Vyetnama qədər gəlib çatıb və 2003-cü ildə artıq dünyanın digər yerlərinə yayılıb. Bununla da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirusun təsbit edilməsi barədə məlumat yayıb. Virus rəsmi olaraq SARS koronavirus (SARS-CoV) adlandırılıb. Bu virus 29 ölkədə yayılıb, 8096 nəfər insan yoluxub və onların təxminən 10 faizi - 774 nəfər ölüb.

Orta Şərq tənəffüs sindromu - MERS epidemiyası

2012-ci ilin sentyabr ayında əvvəlcə "Novel Koronavirus 2012" adlandırılan və indi rəsmi olaraq Orta Şərq tənəffüs sindromu koronavirusu (MERC-CoV) adı verilən yeni növ koronavirus təyin edilib və ÜST bununla bağlı qlobal səviyyədə həyəcan təbili çalıb. Təşkilatın 28 sentyabr 2012-ci il tarixli bəyannaməsində virusun insandan insana asanlıqla keçməsinin 

mümkün olmaması qeyd olunurdu. Amma 12 may 2013-cü ildə Fransa Səhiyyə Nazirliyi bunun heç də belə olmadığını isbat etdi. Tunisdə, QətərSəudiyyə Ərəbistanında virusun insandan insana keçdiyini sübut edən faktlar qeydə alındı. Buna baxmayaraq, yoluxmuş insanların əksəriyyəti virusu yaymırdı. 30 oktyabr 2013-cü ilə qədər Səudiyyə Ərəbistanında bu virusa yoluxan 124 nəfərdən 52-si vəfat edib.

Cənubi Koreya MERS epidemiyası

2015-ci ilin may ayında Koreya Respublikasında MERS-CoV xəstəliyi yayılıb. 2019-cu ilin sonuna olan məlumata görə 2668 xəstədə bu infeksiya təsdiqini tapıb, xəstələrdən 851-i ölümcül oub. Xəstəliyin ölüm faizi 34.5 faiz təşkil edib.

COVİD-19 epidemiyası

Nəhayət, pandemiya adlandırılan son təhlükə. Bu xəstəlik 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyi kimi qeydə alındı və xəstəlik sürətlə yayılmağa başladı. ÜST yeni virusa 2019-nCoV adı verdi. Sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi bu virusu SARS-CoV-2 adı ilə yenidən qeydiyyata aldı. Tədqiqatçıların əksəriyyəti koronovirusun ən çox yayıldığı yerin Uhanın Dəniz Bazarı olduğu fikrindədirlər. 18 fevral 2020-ci ildə xəstəliyin başlanğıcında 2009 ölüm və 75200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV 2B qrupundan olan Betakoronovirusa 70% genetik oxşarlığına görə onun yeni bir növü kimi qiymətləndirildi.

Bu virusun yarasa koronovirusuna 96% oxşarlığı müəyyən edilib. Buna görə də mənşəyinin yarasalar olması geniş şübhə altındadır. 2002-ci ildən 2019-cu ilədək Çində bu viruslar özünü bir neçə dəfə göstərib. Bu virusların da yarasalardan ötürüldüyü güman edilir. Bu epidemik dövrdə insanlar xəstələnmirdi, yarasalarda isə sirkulyasiya edirdi. Rusiyalı akademik Dmitriy Lvova görə Uhanda baş verən bu epidemiya da yenə yarasalarla bağlıdır. Akademikin fikrincə, koronavirusun yüzlərlə növünün olmasına baxmayaraq, onların sirkulyasiyası məhz yarasalarda gedir.

Baxmayaraq ki, bu növlər əsasən heyvanları xəstələndirir və xəstələndirdiyi heyvanın adına uyğun olaraq da adlandırılır. Məsələn, bülbül virusu, balina virusu, balıqları yoluxduran viruslar və s. Amma bunların hamısının mənbəyi yarasalardır. Karonavirusun bir növü olan alfakoronavirusları insan virusları ilə sirkulyasiya edir. Onlar yüz illərdir ki, insan bədənində sirkulyasiya edir və mövsümi xarakter daşıyır. Bunlar mövsümi karonoviruslardır və bunların hamısı kəskin respirator infeksiyalar qrupuna aiddir. Akademikə görə, son bir ildə də yayılan kəskin respirator infeksiyaların 7%-i koronavirusun payına düşür. Bu virus artıq insan orqanizminə adaptasiya edib və onlar heç də ölümlə nəticələnmirlər. Uşaqlarda müəyyən narahatçılıqlar yaratsalar da təhlükəsizdirlər. İndiki həyəcan törədən koronavirusun da ölüm faizi 2%-dir.

Adi qripdə bu faiz ona görə aşağı görsənir ki, adi qrip virusları 5 milyon adamı yoluxdurduğu zamanda bu yeni koronavirus 40-50 min adamı yoluxdura bilir. Bu onun digər viruslardan ağır olması və müəyyən digər amillərlə bağlıdır. Bu virusun insana adaptasıyası baş verə bilər, bu virus hələ ki, insan orqanizmi və oradakı mikroorqanizmlər üçün tam naməlum bir şeydir. Bizə elə gəlir ki, bu virusu elə məhz insan orqanizmində rəqabətdə olduğu digər viruslar sıradan çıxaracaqlar. Əksi də ola bilər. Tam quduzlaşmış yeni ştammlar da meydana gələ bilər. Ona görə Ümumdünya Səhiyyə Təşkilatı bu baş verməmiş epidemiyanı zərərsizləşdirmək üçün səy göstərir və mənə elə gəlir ki, ən düzgün addım da elə budur.

Əslində, Çində nə baş verdi və ya niyə məhz Çin?

Məsələ ondadır ki, əgər yarasaların bu virusların əsas yayılma mənbəyi olduğunu qəbul etsək belə, insanın onlarla təmasında ayrı bir faktor rol oynamalı idi. Çünki yoluxmuş yarasaların məhz Çində olmasını demək düzgün olmazdı. İnsanın yarasadan ilk yoluxması üçün kifayət qədər yüksək doza lazım idi. Bu doza onların nəcisi, sidiyi ilə yüksək çirklənmiş və bişirilməmiş qida məhsullarını yeməklə ola bilərdi. Məlumdur ki, infeksiyanın yayılma məkanı kimi göstərilən Uhan Dəniz Məhsulları Bazarında bu mümkün idi. Bundan başqa yarasalarla qidalanan demək olar ki, bütün canlıları, manqusları, porsuqları, ilanları, hətta yarasaların özlərini belə çinlilər yeyir. Allah tərəfindən yeyilməsi qadağan buyurulan nə qədər canlı varsa çinlilər bunların hamısını yeyirlər. İt, pişik, nə varsa. Və əksəriyyəti də yaxşı termal emal edilmədən istifadə olunur. Bu qidalar sadəcə səbəbsiz qadağan edilməyib. Yeyilməsi qadağan edilmiş heyvanların bədəni qorxulu infeksiyalar üçün bir məkandır. Ona görə ən qorxulu infeksiyalar vaxtaşırı Çin ərazisində peyda olur və bütün dünya ölkələrinə ötürülür.

Yeni virus da məhz bu səbəbdən Çində peyda oldu. Prosesin başlanması üçün sadəcə bir nəfərin yoluxması kifayət idi ki, həndəsi silsilə ilə insanlar virusları bir-birlərinə ötürsünlər. Hələ xoşbəxtçilikdən yeni koronovirusun yoluxma sürəti - kandadiozu adi qripdən çox aşağıdır.

Müəmma haradadır?

Yuxarıda qeyd etdik ki, koronavirusla bağlı ilk epidemiya hələ 2002-ci ildə baş vermişdi və bu epidemiya 29 ölkəni əhatə etmişdi. Amma o zaman heç bir panika olmadı və yayılma xəritəsi bu qədər geniş olsa da cəmi 8000 adam yoluxdu, sərhədlər bağlanmadı. Heç bir panika baş vermədi. 2019-cu ilin dekabr ayında Haydey əyaləti Uhan şəhərində naməlum sətəlcəmli ilk xəstə qeydə alındı. Hadisələr sürətlə inkişaf etdi və ÜST 11 martda bu xəstəliyi pandemiya elan etdi. Bu gün koronavirus dünyanın 164-dən artıq ölkəsinə yayılmaqdadır. 2020-ci il 21 mart tarixinə olan məlumatlara görə 11201 nəfərdən artıq insan bu virusdan həyatını itirib.

Ölüm sayına görə Çin birinci yerdə (81250 xəstə, 3261 ölüm), İtaliya ikinci yerdə (41035 xəstə, 2503 ölüm). İran üçüncü yerdə (18250 xəstə, 988 ölüm) idi. Çində proses dayandığına görə ( son günlər Çində bir nəfər də olsun təzə yoluxma halı qeydə alınmayıb)hazırkı vəziyyət belədir. Çinin qonşuluğunda olan gigiyena məsələləri bərbad gündə olan Monqolustan, Hindistan, Nepal, butan, Birma, Laosda isə virusun yayılma sürəti əhalinin sayı və sıxlığına. yaşayış tərzinə görə sıfıra bərabərdir. Bu müqayisədə bu ölkələrdə xəstə sayı 1-dən 20-yə qədər dəyişir!?

Bu ölkələrdə heç bir karantin yoxdur və həyat əvvəlki axarı ilə davam edir. Məsələ ondadır ki, yuxarıda barələrində yazdığımız digər epidemiyalar da bu ölkələrdən yan keçib. Amma həyat səviyyəsi yüksək olan Avropa və digər inkişaf etmiş ölkələr isə virusun əsirinə çevrilib. Bəlkə doğrudan, dünyanı qorxutmaq istəyənlər var və saydığımız Asiya ölkələri onların maraq dairəsində deyil?

Əlbəttə bunlar yalnız çıxan suallardır. Həqiqət isə bu gün şəxsən bizim soydaşlarımızın və ölkəmizin bu sınaqdan necə çıxmasından ibarətdir.

Bəs nə etməli?

İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər ya antiviral dərmanlar bu günə qədər yoxdur! Bu yazını da yazmaqla sizə geniş məlumat verməkdə də məqsədimiz odur ki, indiki epidemiya təhlükəsi ilə üzləşdiyimiz zamanda ümidi yaradılacaq vaksinə və ya hansısa dərmana bağlamaq mənasızdır.

Əslində koronavirusdan qorunmaq və bu epidemiyadan canımızı qurtarmaq üçün bizə şans verən elə bu virusların özləridir. Bu virusların böyük və ağır olması onların təmas olmadan yayılmasına mane olur. Onlar çoxalmaq üçün mütləq ağıza, burun boşluğuna və gözə düşməlidirlər. Ona görə digər qrip viruslarından fərqli olaraq karantin və təcridlə xilas olmaq mümkündür. Məhz bütün dünyanı bu bəlaya mübtəla edən Çin çox operativ şəkildə özü bunlara əməl etdiyinə görə bəladan da birinci yaxalarını qurtardılar. İndi Çində tam əmin-amanlıqdır. Onlar hərbi qayda-qanunlardan istifadə etməklə insanları yoluxmaqdan və ya yoluxdurmaqdan xilas etdilər. İnsanlar maksimum dərəcədə bir-birlərindən təcrid olundular, insanların kütləvi toplaşdıqları məkanlar gecikdirilmədən bağlanıldı, səhiyyə sistemi əla işlədi, ən əsası isə insanlar məsuliyyətlərini dərk etdilər. İranda isə əksinə oldu. Yalnız vəziyyət kritik həddə çatdıqdan sonra dövlət müəyyən tədbirlər görməyə başladı ki, bu da artıq gec idi. Bir neçə gün əvvəlki məlumata görə, İranda 18407 

nəfər yoluxma faktı qeydə alınıb, ölənlərin sayı 1556, sağalanların sayı isə 5710-dur. Proses hələ davam edir. Çində isə 80928 yoluxma faktı olub, ölənlərin sayı 3261, sağalanların sayı isə 70420 nəfərdir. Proses isə demək olar ki, dayanıb.

Biz də müəyyən qədər gecikmələrə yol verdik.

Təhsil müəssisələri bir az da əvvəldən bağlansaydı yaxşı olardı. Hələ də təşkili lazımınca olmayan virtual təhsilə keçmək lazımdır. Nümunə var. Məsələn, FORTİS qrupu təmənnasız imkansız ailələr üçün açdığı məktəbdə bu işi qurmuşdur. Belə ki, hər fənn üzrə müəllimlər şagirdlərinə internet üzərindən görüntülü olaraq dərslərini keçirlər. Məktəb rəhbərliyi bu işə asanlıqla rəhbərlik edə bilir. Müəllimlərin və şagirdlərin davamiyyəti aydın izlənilir. Bu qaydanı bütün təhsil müəssisələrinə tətbiq etmək olar.

Bəladan necə xilas ola bilərik?

Bunun üçün vaksin və ya dərman gözləməyə ehtiyac yoxdur. Bu virus o qədər də öldürücü deyil. Sadəcə hər bir şəxsin, dövlət rəhbəri tərəfindən etimad göstərilmiş hər bir təşkilatın son dərəcə məsuliyyətli olması lazımdır. İnsanlar dövlətin bütün tədbirlərini sözsüz yerinə yetirməlidirlər. Hər bir səhlənkarlıq əlavə vətəndaşlarımızın xəstələnməsi, ölkəmizin əlavə problemlərlə üzləşməsi deməkdir. Sadəcə hər bir şəxs özü üçün hərbi rejim tətbiq etməlidir. Mümkün qədər digər insanlarla təmasdan çəkinmək birinci şərtdir. Çünki yoluxmuş şəxs bir həftə ərzində sağlam görsənə bilər. Kütləvi tədbirləri tam yığışdırmaq lazımdır. Əgər bu yazılanlara əməl olunsa, maskaya da ehtiyac qalmaz. Prezidentin tapşırıqlarına əməl etməyən təşkilat və qurumlar, eləcə də adi vətəndaşlar ciddi cəzalandırmalıdırlar.

Məsələn, Prezidentin dəfələrlə spirt və maskaların ölkədə kifayət qədər olmasını deməsinə baxmayaraq, apteklərdə bu sadə vasitələr tapılmır. Məncə, dövlət kifayət qədər vəsait ayırıb və bu istiqamətdə böyük məbləğdə ianələr toplanacaq. İnsanlar bu vasitələri və digər qoruyucu vasitələri apteklərdə axtarmamalıdırlar. Bu vasitələr hər addımbaşı insanların yollarının üstündə pulsuz qoyulmalıdır.

Banklarda guya, içəridə sıxlıq yaranmasın deyə insanları içəri 4-5 nəfər olmaqla buraxırlar. Səhv addımdır. Başqa variant fikirləşmək lazımdır. İnsanlar qapının ağzında ağız-ağıza dayanıb növbələrini gözləyirlər. Ondansa içəri keçib əyləşsələr, daha yaxşı olardı.

Böyük şəhərlərin təcrid olunması da düzgün addımdır. Burada sui-istifadəyə yol verənlər ciddi cəzalandırılmalıdır.

Fürsətcil bədbəxtlər insanların, eləcə də özlərinin necə bir bəla ilə üzbəüz dayandıqlarının fərqində deyillər. Qanunlara və ehtiyat tədbirlərinə əməl etməyənlər bilməlidirlər ki, bir nəfərin səhvi bütöv ölkəni dilemma qarşısında qoya bilər.

Amma şəxsi gigiyena qaydalarına və qorunma tədbirlərinə bir nəfər kimi əməl olunsa, çox qısa bir zamanda öz əvvəlki rahat yaşayışımıza qovuşa bilərik.

Əllərin pula və digər əşyalara dəyəndən sonra tez-tez sabunla yaxşıca yuyulamsı vacibdir. Yəni əllərinizi tam təmiz olmasına əmin olmadan ağzınıza və gözlərinizə vurmaq olmaz.

İlıq və ya otaq temperatorunda olmaqla çoxlu maye qəbul etmək çox yaxşı olar.

Koronovirusların sərbəst vəziyyətdə yaşama müddəti olduğundan paltarlarda və əşyalarda olan viruslar çox da təhlükəli deyil. Sadəcə ağız boşluğunu və gözü qorumaq əsas şərtdir.

Yuxunun orqanizmi dincəldəcək dərəcədə olmasına nəzarət edilməsi də əsas faktordur, yəni ən azı 8 saat.

İmmuniteti yüksəldən qidalardan və dərman preparatlarından şəxsi həkimlərinizin məsləhəti ilə istifadə edə bilərsiniz.

O ki qaldı sarımsaq məsələsinə, bunu təbliğ edənlər yalnız bazarda qiyməti ölmüş bir məhsulu qiymətə mindirməklə onu satanlara xeyir verdilər. Sarımsağın bu xəstəliyin müalicəsində heç bir rolu yoxdur. Türk alimləri, eləcə də çin alimləri deyiblər ki, insan dəli olmaq səviyyəsində olmalıdır ki, özünü bu xəstəlikdən sarımsaqla qorusun və ya müalicə etsin. Əksinə, sarımsaqdan çoxlu istifadə xüsusilə uşaqlarda ağız boşluğu qişasında eroziyalar əmələ gətirir ki, bunun özü viruslar üçün rahat meydan açmaq deməkdir.

Beləliklə, aşağıdakı qaydalara əməl etməyi bir daha xatırladırıq:

1. Şəxsi gigiyena qaydalarına əməl etmək ən vacib şərtdir.

2. Sabunlu su ilə şübhəli əşyaya toxunandan sonra əlləri ən azı 20-30 saniyə yumaq.

3. Yuyulmamış əllərlə gözə, ağıza, buruna toxunmaq olmaz.

4. Asqıran zaman istifadə edilən dəsmal və ya salfet utelizə edilməlidir.

5. Çox istifadə edilən əşyalar tez-tez dezinfeksiya edin.

6. İnsanların sıx olduğu yerlərdən kənar qalmaq lazımdır.

7. Digər insandan ən azı 1,5-2 metr aralı durmaq vacibdir.

8. Tibbi maskalardan evdən kənarda daim istifadə edilməsi məsləhətdir. Bu şərtlə ki, onlar vaxtında dəyişdirilib utalizə edilsin.

9. Əlləri tez-tez yumaq və ya spirtlə dizinfeksiya etmək məsləhətdir. Bəzi məlumatlara görə oksigen tərkibli məhlullar da virusu zərərsizləşdirir, ona görə periksdən də istifadə etmək olar.

10. Evin havasını tez-tez dəyişdirmək və təmiz havada gəzmək məsləhətdir.

11. Viruslar 40 dərəcə istilikdə məhv olduğundan termiki təsirə məruz qalmış yeməklərə üstünlük verilsə yaxşı olar.

Puldan infeksiyanın ötürülməsi faktı azdır. Amma Peyğəbərimiz (s) deyib ki, sınıq qoldan da ehtiyat etmək lazımdır. Xüsusilə şəhər yerlərində antivirus və antibakterial vasitələr evbəev paylansa yaxşı olar. Ümumiyyətlə, səfərbər olmalı və birlikdə mübarizə aparmalıyıq. Panikaya və darıxmağa, psixoloji cəhətdən zəifləməyə yol vermək olmaz və buna heç səbəb də yoxdur. Əhval ruhiyyəmiz yerində olmalıdır. Çünki virusa qarşı mübarizədə qorunmaqdan sonra ikinci əsas amil məhz immunitetimizin qaydasında olmasıdır ki, bunun üçün də psixoloji sarsıntılar yolverilməzdir. Bir daha qeyd edirəm: KORONOVIRUSLARIN HEÇ BİR VAKSİNI YOXDUR.

Ümumiyyətlə bir neçə virusu çıxmaq şərti ilə virusları məhv edəcək vaksin hazırlamaq cəhdləri uğursuz alınıb. Mümkün olsaydı, əsrlər boyu mövcud olan qripə qarşı belə dərmanlar tətbiq olunardı. Bu da virusların imkan qədər sizə ən sadə yollarla anlatmağa çalışdığım quruluşları və həyat əlamətlərinə malik olmamaları ilə bağlıdır.

İnşallah səbr, təmkin və əzmlə, ağıllı şəkildə bu bəladan xilas olacaq və əvvəlki azad yaşayışımıza qovuşacağıq.

Zahir Məlikli

BakuPost

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar