Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan sonra dünyanın taleyi və ictimai anlayışlar...

Koronavirus bütün bəşər aləmini və dövlətləri xeyli sarsıdıb və görünür, sarsıtmağa da davam edəcək...

Mustafa Pamukoğlu

“Aydınlık” qəzeti, Türkiyə, 27 mart 2020-ci il

Əksər insanların və dünya liderlərinin çıxışlarında diqqətlə baxdıqda hiss olunur ki, dövrümüz artıq koronadan əvvəl və koronada sonrası olmaqla 2 yerə bölünüb. Bəs bu halda siyasi və iqtisadi sistemlər hansı istiqamətdə dəyişəcək? Mənəvi anlayışlar da müxtəliflik qazanacaqmı? Dinə əsaslanan əxlaq sistemi, dünyəvi-sekulyar bir əxlaqla əvəzlənə bilərmi? Fərdiyyətçilik üstün gələcək, yoxsa icmaçılıq? Bu məsələlərlə bağlı tədricən nəzəriyyələr və proqnozlar ortaya çıxmağa başlayıb. İnanırıq ki, bu mövzuda müzakirələrə başlamaq və anlayışlar arasında boğulmadan sağlam təhlillər aparmaq mümkündür. Bu gündən etibarən öz baxışlarımızı ortaya qoymağa çalışacağıq.

Bəzi sistemləri xatırlatmaq məqsədilə izahat verərək başlamaq istəyirik.

Neo-liberalizm nədir?

Neo-liberalizm 1970-ci illərdən bəri iqtisadi liberalizmin ciddi önəm qazanması kimi başa düşülən və böyük dövlətdən kiçik dövlətə çevrilməyi proqnozlaşdıran bir sistemdir.

Bu sistem 19-cu əsrin azad bazar iqtisadiyyatında ən çox sahə qazanan İngiltərəyə və ABŞ-a təsir edib. Bu təsir 1980-ci ildə İngiltərədə tetçerizm, ABŞ-da isə reyqanizm adlanırdı.

Neo-liberalizm bir baxımdan bazar fundamentalizmi ilə eyni mənaya gəlir. Bu sistemə görə, dövlətin, hakimiyyətin problemləri olduqca çoxdur. Fridirix Hayek və Milton Fidman (1962) dövlətin iqtisadi rolunu şiddətlə tənqid edib. Hayekə görə, hər hansı bir planlaşdırma iqtisadi səmərəsizlik yaratmağa məhkumdur. Çünki iqtisadi həyatı idarə etmək meyli dövləti sərvət sahələrinə cəlb edir və totalitar quruluşları təşviq edir.

Bazarın maraqlı xüsusiyyətləri var. Hər şeydən əvvəl bazarlar uzunmüddətli tarazlıq meyillərinə görə öz məhsullarını tənzimləyirlər. Adam Simitin “görünməz əli” bazardakı böyük bir sinir sisteminə bənzəyir.

İkincisi, bazarlar məhsuldardır. Resurslardan ən səmərəli şəkildə istifadə etdikdə bazar iqtisadiyyatı makro səviyyədə yüksəliş göstərir. Bazardakı özəl müəssisələr də dövlət qurumlarından daha səmərəlidir.

Üçüncüsü, bazarlar demokratik mexanizmlərdir. Rəqabət ən vacib nizamlama amilidir. İstehlakçı isə istehsalçının seçimini və istehsal quruluşunu təyin etdiyi üçün kral sayılır.

Nəhayət, bazarlar kapitalı və iqtisadi ədaləti bölüşdürürlər.

Qloballaşma

Neo-liberalizmin hərəkətverici qüvvəsi qloballaşmadır. Qloballaşma milli iqtisadiyyatların qlobal iqtisadiyyat şəklində birləşməsi deməkdir. İstehsal beynəlxalq xarakter daşıyır və kapital da ölkələr arasında sərbəst şəkildə və sürətlə irəliləməyə başlayıb.

Filip Bobbit (2002) milli dövlətlərin indi bazar dövlətlərinə çevrildiyini, bunun da istehsalın və kapitalın beynəlmiləlləşməsi ilə əlaqəli olduğunu qeyd edib.

1970-ci illərin əvvəllərində başa çatan “Bretton Woods” müqaviləsi ilə BVF, ÜTT və Dünya Bankı qloballaşmanın və neo-liberalizmin birlikdə hərəkət etməsinə imkan verəcək bir çevrilmə yaşayıblar.

Kapitalizm

Bu, kapitalın xüsusi təşəbbüslə istehsal və gəlir bölgüsünə üstünlük verdiyi və nəzarət etdiyi sistemdir.

Kapitalist sistemdə sərvət intizamlı şəkildə rasional və rəqabətli düşüncə ilə istehsala, daha sonra isə yenidən kapital yığımına köçürülür.

Qarışıq iqtisadiyyat

Qarışıq iqtisadiyyat liberalizmin və kapitalizmin çatışmazlıqlarını aradan qaldırmaq üçün ictimai sektorun özəl sektorla birlikdə iqtisadi həyatda iştirak etdiyi bir sistemdir. Bu qaydada ictimaiyyət iqtisadi fəaliyyətləri tənzimləyən və ictimai maraqları qoruyan bir keyfiyyətə sahib olur.

Qarışıq iqtisadiyyatda dövlətin üstünlüyü məsələsi həmişə müzakirə edilir. Bu müzakirələr sosial dövlət anlayışını doğurur.

Sosial dövlət

Kapitalizmin və liberalizmin səbəb olduğu ədalətsizliklə və özəl təşəbbüsün mənfəəti artırmağa çalışarkən yaratdığı gəlir ədalətsizliyi ilə rifahın ədalətli bölüşdürülməsi və sui-istifadə hallarının qarşısının alınması az gəlirli qrupların ictimaiyyət tərəfindən alınacaq tədbirlərlə qorunmasını təmin edən bir anlayışdır.

Sosial dövlət anlayışı türk dövlətçilik ənənəsində önəmli bir yer tutur. Bunu göstərən ən ciddi sənəd Qutadqu Biligdir. Yusif Has Hacibin fikrincə əhalinin monarx üzərində üç hüququ var. Birincisi, rəiyyətin gündəlik ehtiyaclarını daim təmin etmək üçün pulu qorumalıdır. İkincisi, insanları ədalətli qanunlarla idarə etməlidir və zorakılığa yol verməməlidir. Üçüncüsü, sülhü və həyat təhlükəsizliyini təmin etməlidir.

Yeni dönəm, yeni anlayışlarla

Siyasi ideologiyaların və iqtisadi sistemlərin koronavirusdan sonra necə dəyişəcəyini də görəcəyik.

Aşağıdakı suallara cavab axtarmağın artıq vaxtı çatıb:

-  Neo-liberalizmin tərk ediləcəyi sosial dövlət anlayışının hakim olacağı kapitalist sistem özünü yeniləyəcəkmi?

- Liberalizmi dəstəkləyən iki sütun var: “Azad burax” və “nəzarət et”. Bu günə qədər həmişə “azad burax” sütunu aktiv olub. Burada dövlətin nəzarət funksiyasını artıran liberalizm yeni bir dövrə keçəcəkmi?

- Sosialist meyillər güclənəcək və bir çox ölkədə planlı iqtisadiyyat tətbiq ediləcəkmi?

- Bütün sistemlərin yaxşı tərəflərini əhatə edən, inkişaf etmiş qarışıq iqtisadiyyat modeli, yoxsa milli dövlət modeli üstün olacaq?

- Qloballaşma da bu inkişaf fonunda insanlar üçün bir sivilizasiya layihəsinə çevriləcəkmi?

- Yoxsa icmaçılıq totalitar cərəyanları bəsləyəcək və qeyri-demokratik sistemlər üstünlük qazanacaq?

Bütün bu prosesin içində dini meyillər davam edəcək, yoxsa dünyəvilik?

Bəli, artıq düşüncə mühitinə girməyin vaxtı çatıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar