Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusdan ölməmək üçün D vitamini

Orqanizmdə D vitaminin kifayət səviyyədə olması koronavirusa yoluxma riskini və bu virus infeksiyasından ölüm hallarını xeyli azaldır.

Virtualaz.org xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticəsi PLOS ONE jurnalında dərc edilib.

Boston Universitetinin Tibb Məktəbinin mütəxəssisləri COVİD-19 virusuna yoluxmuş 200-dən çox pasiyentin qan nümunələrini analiz ediblər. Onların bir qismində D vitaminin qıtlığı mövcud olub. Araşdırma göstərib ki, D vitaminin səviyyəsi kifayət qədər olan pasiyentlərin xəstəliyi ağır keçirmə və ya ölüm riski xeyli aşağıdır, 51.5 faiz təşkil edir.

Bu, həmin mövzuda aparılan ilk araşdırma deyil. Araşdırmanın rəhbəri doktor Maykl Holik daha əvvəl aşkarlamışdı ki, D vitaminin qıtlığının olmaması koronavirusdan ölüm riskini 54 faiz azaldır.

Rusiya həkimlərinin isə bu araşdırmaya dair mövqeləri birmənalı deyil. COVİD-19 əleyhinə dünyada ilk peyvənd elan edilən “Sputnik V”ni hazırlayan mərkəz-Qamaley adına epidemiologiya və mikrobiologiya İnstitutunun baş elmi əməkdaşı Viktor Zuyev deyib ki, Böyük Britaniya alimləri də D vitamini qıtlığı olanların koronavirusdan ölüm riskinin artdığı barədə araşdırmalar aparıblar. Lakin onun fikrincə, təkcə bir maddədə ilişib qalmaq düzgün deyil.

“Mən hesab edirəm ki, B, C və digər vitaminlər də çatışmasa eyni nəticə olacaq”,-o bildirib.

Digər rusiyalı həkim-virusoloq Anatoli Alşteyn də hesab edir ki, D vitaminin azlığı koronavirusdan ölüm riskini artıran yeganə səbəb deyil. “Dəqiqliklə bunu aydınlaşdıran olmayıb, amma belə nəzəriyyə var. Və bir çox adamlar profilaktik məqsədlə D vitamini qəbul edir. Kömək edir, ya yox, demək çətindir, amma ən azından bundan ziyan dəyməyəcək”,-o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Ermənistanın Qarabağdan çıxması an məsələsidir

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

Ermənistanda daxili qarşıdurma yarandı – Rus mediası

Hərbiçimiz 27 il sonra Füzulidəki evində - Video

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

loading...

Ən çox oxunanalar