Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusdan da dəhşətli xəstəlik yayılır

Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib...

Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin "Kırım Konqo Qanlı Hərarəti" (KKQH) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir.  O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQH-nı yayan gənələrin sayının artmasına səbəb olub.

Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:

"Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Lakin "Kırım Konqo Qanlı Hərarəti" xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır".

Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:

"Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur". (redaktor.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

ANS-in məşhur aparıcısının atası da koronavirusdan öldü - anasından 1 həftə sonra

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Bakı polisi hoteldə əməliyyat keçirir - Foto, Video

Keçmiş deputat icra başçısına “artist” dedi

“Hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər...” - Video

loading...

Ən çox oxunanalar