Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxmuş baş redaktor sağaldı

Koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy şəfa tapıb...

PİA.az xəbər verir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru iki həftədir koronavirusdan müalicə olunurdu.

Anar Cəfərsoy açıqlamasında deyib:

“Allah qalib elədi. Əminliklə deyə bilərəm ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qidayla təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Baş redaktor bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:

“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə davam etdirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.(Yenisabah.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Anar Cəfərsoy


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

XİN-də keçirilən əməliyyatla bağlı DTX məlumat yaydı

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

Həftəsonları avtobuslar işləməyəcək – Sərt qərar

loading...

Ən çox oxunanalar