Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist danışdı

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib...

Hazırda xəstəxanada müalicə olunan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb:

“Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.

S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib:

“Ölkədə karantin rejimi tətbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.

S.Əliyevin ailə üzvlərindən koronavirusla bağlı test nümunələri götürülüb. Testlərin nəticələri neqativ çıxıb. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar