"COVİD-19 koronavirusuna yoluxma halları ilə bağlı rəsmi məlumatlar yanlış ola bilər"...
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniyanın "Gettingen" Universitetinin “The Lancet” jurnalında dərc olunan araşdırmada bu haqda qeyd edilib.
Yazıda virusun aşkar olunması hallarının Cənubi Koreyada 50%, Almaniyada 15,6%, İtaliyada 3,5%, İspaniyada 1,7%, ABŞ-da isə 1,2% təşkil etdiyi bildirilir. Yəni bu sayda insanlar testdən keçib.
Əgər bu göstəricilər doğrudursa, o zaman artıq dünyada on milyonlarla koronavirusa yoluxan insan var. Məsələn, ABŞ-ın özündə 10 milyon, İspaniyada, 5 milyon, İtaliyada isə təxminən 3 milyondan çox adama COVİD-19 diaqnozu qoyula bilər.
Koronavirusla xəstələnənlərin həqiqi sayını aşkarlamaq üçün araşdırmaçılar virusdan ölüm hallarını, habelə yoluxmadan ölümə qədər gedən orta zamanı hesablayıblar.
Vaşinqton ştatının Sietl şəhərində yerlələşın dövlət universitetinin Sağlamlıq metrikləri və Qiymətlənidrmə institutunun (İHME) bu ilin aprel ayının 7-ə yayımladığı göstəricilərə əsasən hələ söhbət pandemiyanın birinci dalğasından gedir. Onların hesablamalarına görə, Avropada ölüm həddinin zirvə nöqtəsi bu ilin aprel ayının 3-cü on günlüyündə başa çatacaq.
Alimlər Avropada koronavirusdan 151 680, ABŞ-da isə 81 766 insan vəfat edəcəyini proqnozlaşdırırlar.
Özü də Böyük Britaniya, Almaniya, Norveç və Yunanıstandakı situasiyanı ekspertlər erkən mərhələ olaraq dəyərləndirirlər. İHME hesablamalarına əsasən, Böyük Britaniyada koronavirusdan 66 min insan dünyasını dəyişə bilər. Ölüm hallarının zirvə nöqtəsi kimi aprelin 17-i göstərilir.
Almaniyada isə 19 aprel ölüm sayının zirvə tarixi olacaq. Ümumilikdə burada 8 802 insanın vəfat edəcəyi ehtimal edilir.
pia.az