Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxan daha bir jurnalist ailəsi sağaldı

"BakuPost"un məlumatına görə. “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və "Cümhuriyət" qəzeti"nin əməkdaşı Müşfiq Abdulla xəstəxanadan evə buraxılıblar... 

Bu barədə M.Abdulla özü məlumat verib. "Bilirsiniz ki, mən, bacım Nigar və həyat yoldaşım Gülşən koronavirusdan müalicə prosesini başa vurub, tam sağalıb evə qayıtdıq. Biz artıq tam sağalmışıq və heç birimizdə virus yoxdur. Verdiyimiz analizlərin cavabları neqativ çıxıb. Rentgen müayinəsinin nəticələri çox yaxşı olduğundan həkimlər bizi evə buraxmağı qərara aldılar".

Lakin jurnalist vətəndaşların virusdan sağalanan insanlara münasibətindən narazıdır. "Bacım deyir ki, yaşadığım binanın həyətində rastlaşdığım jurnalist dostlarım, qonşular məni görəndə qaçır, evə girib qapını örtür, məndən yan gəzirlər. Bu bizi narahat etmir. Mən o insanları başa düşürəm. Onların bu davranışı psixoloji təsirlə bağlıdır. Məni düşündürən sual bilirsiniz nədir? Həmin o bizdən qorxub qaçan dostlar maskasız küçəyə çıxanda, avtobusda, marketdə, digər yerlərdə virus daşıyıcısı olan insanlarla özü də bilmədən birbaşa təmasda olanda nədənsə yoluxma riski ağıllarına gəlmir. Əksinə, onlar müalicə olub sağalmış insandan qaçırlar. Ona görə də cəmiyyətimizdə COVİD-19-la mübarizə kəlləmayallaq gedir, yoluxanların sayı gündən-günə artır.

Bacım Nigar tam sağlamdır və heç bir virus daşıyıcısı da deyil. Sizin nə düşünməyiniz, yaxud bizdən qaçmağınız bizi narahat etmir. Bilirsiniz niyə? Çünki biz sağalmışıq. Həkimlər bildirdilər ki, ailəvi olaraq hər üçümüzdə koronavirusa qarşı antitellər formalaşıb və hətta bizim qanımızın plazmasını sağalmaq üçün fəal koronavirus xəstələrinə vurmaq olar. Bizim üçün vacib olan da budur. Hətta istənilən xəstəyə qan verməyə də hazırıq. Çünki sağlamıq və bizdə koronavirusa qarşı immunitet yaranıb.

Bizdən qaçan dostlar! Mənim və ailəmin sağalması və sağlam həyata qayıtması mənim üçün hər şeydən vacibdir. Bu mənə dünyanın bütün nemətlərindən üstündür. Sizin davranışınız isə bizə problem yaratmır. Əksinə, biz sizdən narahatıq. Çünki bizim ikinci dəfə yoluxma riskimiz yoxdur. Amma siz bizdən deyil, küçədə, nəqliyyatda və digər yerlərdə sağlam bilib daim təmasda olduğunuz, məsafə saxlamadığınız insanlardan hər an yoluxa bilərsiniz. Biz isə sizi yoluxdura bilmərik. Çünki bizdə virus da, onun geriyə dönüş imkanları da məhv edilib. Əksinə, siz yoluxsanız, həyata qayıtmağınız üçün biz sizə qan verə bilərik!".

pia.az 

 


Etiket: Koronavirus


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar, Yenilənib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

Kamaləddin Heydərov multikulturalizmdən nə qədər qazanır?

loading...

Ən çox oxunanalar