Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qalib gələnlərin yüksək kalorili qidalara ehtiyacı var

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklərindən asılı olaraq, yeməklərin kalori dəyərini gündə bədən çəkisinin hər kiloqramına 20-30 kaloriyə qədər artırmaq lazımdır.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, əzələ toxumasındakı atrofik dəyişiklikləri aradan qaldırmaq və böyrəklərə kömək etmək üçün yüksək enerji sıxlığı göstəricilərinə malik və çox miqdarda zülal olan qida məhsullarını seçmək lazımdır.

Mütəxəssislər hər gün ən azı üç-dörd porsiya süd və mayalanmış süd məhsulları, balıq, yumurta, quş əti, emal edilməmiş ət, lobya və soya məhsulları qəbul etməyi məsləhət görürlər. Eyni zamanda, pəhrizin müxtəlif çeşidli olması çox vacibdir, çünki bu yolla daha çox qida komponentinin əldə edilməsinə nail olmaq olar. Meyvə və tərəvəzləri, xüsusən də mövsümi olanları, unutmaq olmaz.

Üç əsas qida qəbulu və iki-üç qəlyanaltı daxil edilməli olan qidalanma rejimi böyük əhəmiyyət kəsb edir. Porsiyaların kiçik olması və daha tez-tez qəbul edilməsi daha yaxşı olar, bu, gün ərzində müntəzəm doymanı təmin edir. Sonuncu qida qəbulu isə insanın yatmağa getməsindən 3-4 saat əvvəl tövsiyə olunur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar