Cümə, 03 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirus və dünya iqtisadiyyatı - Mərkəzi banklar təşvişdədir...

Epidemiyanın Çinlə birlikdə Avropanın bir çox ölkəsində yayılması ehtimalı istehsal, ixrac, idxal, e-ticarət, nəqliyyat və turizmə mənfi təsir göstərəcək...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 27 fevral 2020-ci il

Koronavirusun günü-gündən artması və ölüm hallarının çoxalması bu virusun qlobal təhlükəyə çevrildiyini göstərir. Çində ortaya çıxan və və dünyanın bir çox ölkəsində görülən bu virus həm iqtisadiyyatlar, həm də insan sağlamlığı üçün ciddi bir təhlükəyə çevrilib.

Artıq dünyanın bir çox ölkəsində görülən koronavirus qlobal iqtisadi artım istiqamətli mərkəzi banklar və beynəlxalq iqtisadi qurumlar tərəfindən diqqətlə izlənilir.

Koronavirusun yayıldığı ölkələr

Asiya qitəsində Çin və İranda görülən koronavirusun Avropada və dünyanın bir çox ölkəsində görülməsi bu gün qlobal iqtisadiyyatlar üçün vacib bir risk daşıyır.

Koronavirus Asiya qitəsində Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Honkonq, Tayland, Tayvan, Malayziya, BƏƏ, Livan, Nepal, Rusiya, Hindistan, Filippin, Misir, İsrail, İraq, Şri-Lanka, Kamboca və Vyetnamda görülüb.

Amerika qitəsində ABŞ və Kanadada görünərkən, Avropa qitəsində İtaliya, Fransa, İngiltərə Belçika, Finlandiya, Yunanıstan, İsveç, Almaniya və İspaniyada ortaya çıxıb. Avstraliya qitəsində isə Avstraliyada görülüb. Buna görə də, geniş diapazonda və təxminən 35 ölkədə görülən koronavirusun bu baxımdan iqtisadiyyatlara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.

Qlobal iqtisadiyyatda böyük bir daralmaya səbəb ola bilərmi?

Koronavirus qlobal iqtisadiyyat üçün böyük bir təhlükə yaradır və onun qlobal iqtisadiyyatda böyük daralma yaratması həm əhatə edəcəyi ölkələrin sayından, həm də yayılmanın nə qədər davam edəcəyindən asılıdır.

Mövcud vəziyyətdə koronavirusun təsirli olduğu Çinin dünyada ikinci ən böyük ÜDM-yə sahib olmasını və Çin iqtisadiyyatının dünya iqtisadiyyatındakı payını nəzərə aldıqda, koronavirusun qlobal iqtisadiyyata olan təsiri gözlənildiyindən daha çox ola bilər.

Epidemiyanın Çinlə birlikdə Avropanın bir çox ölkəsində yayılması ehtimalı istehsal, ixrac, idxal, e-ticarət, nəqliyyat və turizmə mənfi təsir göstərəcək. Başqa sözlə, bir çox sahədə daralma ehtimalı bütün nəzərlərin yenidən mərkəzi banklara yönəlməsinə səbəb olacaq.

Mərkəzi banklar nə edə bilər?

Mərkəzi bankların pul siyasətini təyin edən qeyri-müəyyən sahələrdən ən vacibi artıq koronavirus epidemiyasıdır. Koronavirusun iqtisadiyyata necə və nə qədər təsir göstərəcəyi qeyri-müəyyən vəziyyətdə yaranacaq təsirlərlə birbaşa əlaqəlidir.

Koronavirus təhlükəsinin Fed iclasının protokollarında qeyri-müəyyən şəkildə əks olunmasü hadisənin şiddətindən xəbər verir. Koronavirus epidemiyasının qlobal iqtisadi artım üçün yeni bir risk olduğu, bu epidemiyanın ortaya çıxması ilə iqtisadi vəziyyətlə bağlı qeyri-müəyyənliyin meydana gəldiyi və buna görə də, epidemiyanın genişlənərək davam etdiyi bildirilib.

Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri­n səbəb olduğu düşünülən iqtisadi daralma ilə yanaşı, 2008-ci ildəki qlobal iqtisadi böhranda olduğu kimi mərkəzi bankların üzərinə çox iş düşəcək. 

Bu baxımdan, mərkəzi banklar gözləmə rejimi tətbiq etməklə bu epidemiyanın hara çatacağını və iqtisadiyyata nə dərəcədə təsir göstərəcəyini müşahidə edəcəklər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Dünya humanitar böhranla üz-üzə - İqtisadiyyatlarda yenidən “Keynes dövrü” başlayır...

Sabahdan Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Operativ Qərargah

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev sahibidir

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi

“Koronavirusdan sonra dünyanı yenidən böləcəklər...” - Professor

Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin siyahısı

Rus həkimləri şokdadır - Xəstələr gecə yatıb ayılmırlar 

Aslan İsmayılov Ziya və Anar Məmmədovlara tənə vurdu

Netanyahu koronavirusa qarşı gizli silahını işə salıb

Daha bir epidemiya yayılır – ÜST-dən açıqlama

loading...

Ən çox oxunanalar