Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus testləri və peyvəndlərdə dəyişiklik oluna bilər

Koronavirus peyvəndinin virusun mutasiyaya uğramış variantlarına necə təsir edəcəyi barədə bir çox suallar yaranır. Bir çoxları hesab edir ki, virusun antigenliyi də dəyişərsə, vaksinlərin ona təsir effekti azala bilər. Amma mütəxəxsislər bildirir ki, indi hazırlanmış vaksinlər mutasiyaya uğramış viurusun törətdiyi xəstəliyə qarşı da kifayət qədər effektivdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin məlumatında bildirilir ki, virusdakı dəyişiklikləri təyin etmək üçün genomik ardıcıllıqdan istifadə olunur. Diaqnostik testlər və peyvəndlər mövcud virusa qarşı hələ ki, effektiv olsa da, gələcəkdə onlarda müəyyən dəyişikliklər etmək lazım ola bilər.

Qeyd olunub ki, keçən həftə ÜST ölkələrin yüksək effektiv ardıcıllıq proqramları qurmasına kömək etmək üçün təlimat, həmçinin riskləri izləmə çərçivə proqramını yayımlayıb: "Bütün ölkələri davamlı müşahidə, izləmə və test səylərini dəstəkləmək üçün virusun ardıcıllığını müəyyənləşdirmə qabiliyyətini artırmağa və bu məlumatları beynəlxalq səviyyədə paylaşmağa çağırırıq. Bu, yeni variantlar müəyyən edilən zaman onları daha yaxşı başa düşməyimizə kömək edir. Ardıcıllığın müəyyənləşdirilməsi üçün xüsusi avadanlıqların, təlim keçmiş işçi qüvvəsinin və mütəxəssislər arasında sıx əməkdaşlığın tələb olunduğunun fərqindəyik".

Qeyd olunub ki, mövcud laboratoriya şəbəkələrinə əsaslanaraq ÜST ardıcıllığı müəyyən etmə qabiliyyətini artırmaq üçün ölkələrlə əməkdaşlıq edir və ehtiyacı olan bütün ölkələrə dəstək göstərir: "Bir çox hallarda beynəlxalq SARS-CoV-2 və qrip virusu laboratoriyaları şəbəkələri vasitəsilə buna nail oluruq".

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar