Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus qida ilə yoluxurmu?

Qida yolu ilə virusa yoluxma ehtimalı az da olsa mövcuddur...

Məsələn, emal tələb etməyən qidalar - meyvə və tərəvəz təhlükəlidir.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Roskontrol” Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza Mərkəzi açıqlama verib.

“Nəzəri olaraq, xəstələnmiş insan almanın üzərinə asqırsa və bundan sonra siz onu yesəniz, risk (koronavirusa yoluxma) var. Amma praktikada şanslar azdır”, - deyə açıqlamada bildirilib.

Mütəxəssislər meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl təmiz su ilə yaxşı-yaxşı yumağa çağırış edib.

Paketdəki məhsullarda da vəziyyət eynidir. Mütəxəssislərin fikrincə, virus bir qatıq bankasının və ya su butulkasının səthinə düşsə, sonra isə insan onunla təmas etdikdən sonra əllərini üzünə toxundursa, az da olsa real yoluxma ehtimalı var.

Ümumiyyətlə, mütəxəssislər xatırladır ki, koronavirus səthlərdə uzun müddət yaşamır, qidada çoxalmır.

Bu baxımdan ən təhlükəsiz məhsul ətdir.

Əgər qida yolu ilə koronavirusa yoluxma narahatlıqları varsa, mütəxəssislər məhsulların termik emal olunmasını təklif edirlər.

SARS ilə bağlı bundan əvvəl həyata keçirilən təcrübələrdə virusun 149 dərəcə istidə 1-3 dəqiqə ərzində öldüyü müəyyənləşib.

“COVID-19 ilə oxşar testlər hələ aparılmayıb, ancaq vəziyyətin oxşar olduğuna inanmaq üçün əsas var”, - deyə “Roskontrol”dan bildirilib.(oxu.az)

pia.az


Etiket: COVID-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar