Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus peyvənd olunmayan insanlarda mutasiya edir

Peyvənd olunmayan insanlar koronavirusun mutasiyalarının həyata keçirildiyi mənbədir.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə Baş mütəxəssisi Vladimir Çulanov peyvənd olunmayan insanların bütün cəmiyyət üçün təhlükəsinin dərəcəsi barədə danışarkən deyib. Koronavirus onların orqanizmində nəzarətsiz yayılır, heç bir müqavimətlə qarşılaşmır, mutasiya və təkamül etməyə qadirdir. Hər bir yeni mutasiya əvvəlcə "delta" ştamı, indi isə "omikron" ştamı ilə baş verdiyi kimi əhəmiyyətli dərəcədə daha yoluxucu ştamın peyda olunmasına gətirə bilər.

"Omikron" ştamı "delta" ilə müqayisədə 70 dəfə daha yoluxucudur. İlkin müşahidələr göstərir ki, "omikron" ştamının bir daşıyıcısı ətrafında olan 100-ə yaxın insanı bu virusla yoluxdura bilər. "Omikron" ştamının çox vaxt koronavirusun ən ağır versiyasına səbəb olmamasına baxmayaraq, əvvəlki ştamdan fərqli olaraq, yoluxma hallarında artım mütləq şəkildə xəstəxanaya yerləşdirilmə və ölüm hallarında da artıma gətirəcək.

V.Çulanov hesab edir ki, məhz buna görə bütün bəşəriyyət səylərini insanların peyvənd olunmasına cəmləməlidir.

ÜST-nin məlumatına əsasən hazırda 90 ölkə əhalisinin koronavirusa qarşı peyvənd olunmasında 40 faizlik məqsədə nail olmayıb.

Azərbaycanda vaksinin hər iki komponenti ilə 18 yaşından yuxarı əhalinin 64 faizi peyvəndlənib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 648 min 496-dır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar