Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus pandemiyası dünyada 1 milyard 500 milyon təhsilalana təsir edib

“Yeni növ koronavirus (COVID-19) pandemiyası dünyada 1 milyard 500 milyon təhsilalana təsir edib”...

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, 2009-2010-cu illərdə “donuz qripi” zamanı ABŞ-da 20 ştatda 600-ə yaxın məktəb bağlanıb: “Həmin vaxt verilən qərar 126 min şagirdə təsir etmişdi. Bu gün koronavirus pandemiyası dünyada təhsil alanların 90 faizinə təsir edib. Əvvəllər təhsil sistemi belə bir halla qarşılaşmamışdı. Sevindirici haldır ki, bu pandemiyaya qarşı ilk vaxtlardan Azərbaycanda ölkə rəhbərinin tapşırığına uyğun olaraq qabaqlayıcı tədbirlər görüldü və fəaliyyət planı hazırlandı. Bu zaman Təhsil Nazirliyi və həmkar qurumlara da məlumat verilmişdi. Ümumtəhsil məktəblərinə tapşırıq hələ fevralın ortalarında verilmişdi, o vaxt hələ ölkədə virus aşkarlanmamışdı. Fevralda bütün məktəblərə tövsiyə və tapşırıqlar göndərilib. Fevralda artıq kütləvi tədbirlərə qadağa qoyuldu, dezinfeksiya tədbirlərinə başlanıldı”.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də qeydə alındığını xatırladan E. Məmmədov vurğulayıb ki, martın 2-də ölkədə tədris prosesinin dayandırılmasına qərar verilib.

Nazir müşaviri bildirib ki, bəzi dövlətlər tədris prosesinin bərpası ilə bağlı qərar qəbul edib. O qeyd edib ki, hər bir ölkədə karantin qaydalarınını yumşaldılması sanitar-epidemioloji vəziyyətə uyğun verilir: “Ümumilikdə Azərbaycan bu prosesə çox çevik reaksiya verdi. UNESCO-nun aprel ayında tərtib etdiyi hesabatda maraqlı məqamlar var. Hesabatda bildirilib ki, tədrisin dayandırılması pandemiyanın pik həddə çatmasının qarşısını ala bilir”.

Nazir müşaviri onu da vurğulayıb ki, martın 11-də “Mədəniyyət” telekanalında teledərslərə start verilib: “Burada məktəb proqramına uyğun dərslər keçirilir. Əhatəlilik üçün ən yaxşı vasitə televiziyadır. Hər iki bölmə üzrə əksər fənlər təşkil olunub. Sabah həmin verilişin 1000-ci buraxılışı efirə gedəcək. Sonradan peşə təhsili, məktəbdənkənar fəaliyyətlə də bağlı dərslərə başlanıldı. Həmin vaxt teledərslərlə bağlı verilən qərar kifayət qədər düzgün oldu. Teledərslərdə interaktivliyi təmin etmək üçün “Virtual məktəb” layihəsinə də başlanıldı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar