Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus mütəxəssisi Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb

Yaponiya hökuməti yanında koronavirus üzrə ekspertlər şurasının sədri Omi Şiqeru bütün ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə təkliflə o, Yaponiya parlamentinin komitələrindən birində keçirilən müzakirələr zamanı çıxış edib. Ekspertlər şurasının sədri bildirib ki, virusun “Delta” ştammı xəstəliyin yayılmasında aparıcı rol oynayır. O.Şiqeru qeyd edib ki, Yaponiya sakinləri artıq fövqəladə vəziyyət rejiminə alışıblar və bu koroanvirusun yeni ştammının yayılmasının qarşısını almağa müsbət təsir göstərə bilər.

Xatırladaq ki, hazırda Yaponiya paytaxtında və daha beş prefekturada fövqəladə vəziyyət rejimi hökm sürür. Bu rejimin bütün ölkədə tətbiqini təklif edən O.Şiqeru bundan sonra həyata keçiriləcək tədbirləri müzakirə etməyi də təklif edib.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa COVID-19-la bağlı hökumətin yeni siyasətini elan edib. Bu siyasətə görə, ağır simptomları olmayan xəstələrdən evdə müalicə almaq xahiş olunur.

Əlavə olaraq bildirək ki, bir gün əvvəl paytaxt Tokioda və bir sıra digər prefekturalarda koronavirusa yoluxma ilə əlaqədar antirekordlar qeydə alınıb. Belə ki, hesabat dövründə Tokioda 4166, Kanaqavada 1484, Osakada, Saytamada 1200, Çibada 840, Fukuokada 752 yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki göstəriciləri xeyli üstələyir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar