Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus həyəcanı tibbi maskaların qiymətinə də təsir etdi

Bakı apteklərində satılan ağız maskalarının qiyməti bahalaşıb...

PİA.az xəbər verir ki, buna "Yeni Müsavat"ın əməkdaşı araşdırma apararkən şahid olub.

Məlum olub ki, apteklərdə 10 qəpiyə satılan maskalar indi 20 qəpiyə qalxıb. Əczaçılar bunu ölkədə yayılmış qrip və dünyanı təşvişə salan koronavirusla izah edirlər. Azərbaycanda da Çindən gələnlərin karantinə alınması, həyəcanlı xəbərlər maskanın qiymətinə təsir edib.

Aptekçilər qeyd edirlər ki, ağız maskalarının qiymətinin 20 qəpik olması həm də defisitlə əlaqəlidir. Yəni dərman bazarında çatışmazlıq var.

Ona görə də əvvəl 20 qəpiyə iki tibbi maska almaq olurdusa, indi bir ədəd düşür. Əczaxanalarda işləyənlərin sözlərinə görə, tibbi maskalara tələbat artıb və bu qış mövsümündə olduğundan artıq satıblar.

Virtualaz.org saytı isə yazır ki, "Zeytun" apteklərində bir ədədi 30 qəpiyə, "Avis" aptek şəbəkəsində isə 40 qəpiyə satılır. "Təbib" aptekdə də maskanın 1 ədədi 35 qəpiyə satılır.

Ümumdünya Səhiyyə Təşkilatı respiratorlara tələbatın 100 dəfədən çox artdığını və bunun da onların dəyərini 20 dəfədən çox yüksəltdiyini açıqlayıb.

Qoruyucu maskaların çatışmaması şəraitində ilk növbədə səhiyyə işçilərinin təmin edilməsi nəzərdə tutulur. Dünyadakı maska qıtlığı fonunda Azərbaycanda da tibbi maskaların qiyməti qaldırılıb.

Artıq Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib.

pia.az


Etiket: tibbi maska


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar