Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Koronavirus haqqında Qanuna ehtiyac yoxdur” — YAP-çı deputat

“Azərbaycanda ayrıca "Koronavirus haqqında" qanun layihəsini hazırlayıb qəbul etməyə ehtiyac yoxdur. Bu həm də vaxt itkisidir. Bununla bağlı sosial sifariş də yoxdur”...

PİA.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirus pandemiyası ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasının mümkünlüyü barədə danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bizdə məsələni tənzimləyən kifayət qədər hüquqi baza var:

“Bizim “Fövqəladə hallar haqqında”, “Sanitar-epidemoloji sağlamlıq haqqında” qanunlarımız var. Ötən iclasda Milli Məclisin iclasında mövcud qanunlara da əlavə və dəyişiklik etmişdik ki, karantin rejimini pozmağa görə cərimələr, o cümlədən Cinayət Məcəlləsinə dəyişiklik olsun ki, orada əksər məsələlər öz əksini tapsın”.

Musa Quliyev bəzi ölkələrin parlamentində koronavirusla bağlı qanun layihəsinin hazırlandığını da söyləyib:

“Bir neçə xarici ölkələr var ki, 9-10 maddədən ibarət koronavirusla bağlı qanun layihəsi qəbul ediblər. Ukrayna, Polşa kimi ölkələrin qəbul etdikləri qanunla tanışam. İndiki məqamda tələsik qanun qəbul edilməsi doğru deyil”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanın daha bir səfirinin Londonda şirkəti aşkarlandı – Sənəd

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

İranda üstünlük kimdədir? - Orduda, yoxsa İnqilab Keşikçilərində?..

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

loading...

Ən çox oxunanalar