Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus fəlakətinin iqtisadi nəticələri - Sabiq nazir şərh edir

Koronavirus Azərbaycan iqtisadiyyatına hansı dərəcədə təsir edəcək?...

Sabiq maliyyə naziri: “Virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaq”.

“Ölkə Prezidenti cənab İlham Əliyev dünən İqtisadiyyat Naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı”.

Bu sözləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov koronavirus pandemiyasının iqtisadiyyata və insanlara vurduğu ziyanı PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusun iqtisadiyata, o cümlədən insanlara vurduğu ziyanı və bu ziyanın qarşılanması məsələlərini müzakirə edib. Prezident həmçinin yaxın günlərdə ölkənin büdcə xərclərinə yenidən baxılmasının zərurətindən danışıb. Ölkə başçısı qeyd edib ki, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır.D

Dövlət başçısı ilk növbədə, bütün sosial öhdəliklərin tam yerinə yetirilməlisini, bütün sosial infrastruktur layihələrinin icrasının təmin edilməlisini vurğulayıb.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - deyə İlham Əliyev bildirib.

Qeyd etməliyik ki, pandemiyanın və neftin qiymətinin kəskin düşməsi 2020-ci ildə iqyisadiyyatın kiçilməsini qaçılmaz etməkdədir.

PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri, professor Fikrət Yusifovla koronavirusun Azərbaycan iqtisadiyyatına hansı dərəcədə təsir edəcəyini müzakirə edib.

Fikrət Yusifov: “Hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik”.

Panndemiyanın uzanacağı təqdirdə bütün dünya iqtisadiyyatında fəlakətli durumun yaranacağını vurğulayan sabiq maliyyə naziri hesab edir ki, vəziyyətdən çıxış yolu dövlətin tətbiq etdiyi karantin rejiminə tam əməl etməkdir. Yalnız pandemiyanın sakitləşməsindən sonra dünya və Azərbaycan iqtisadiyyatının durumunu müzakirə etmək mümkündür:

“Koronavirus pandemiyasının yaratdığı durumun ağırlığı dünyanın gözləri qarşısındadır. Vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir. Bu vəziyyətdə hər kəsi bir araya gətirməlidir, əks halda prosses nəzarətdən çıxaraq insanlığı miqyası bəlli olmayan fəlakətə apara bilər. Bu gün bütün dünya ayaq üstədir. İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir.

Son məlumatlara görə COVİD-19 virusuna bütün dünyada yoluxanların sayı 850 min nəfəri, ölənlərin sayı isə 42 min nəfəri ötüb. Ölkələr arasında bu siyahıya hazırda Amerika Birləşmiş Ştatları başçılıq edir, sonrakı iki yer isə İtaliya və İspaniyaya məxsusdur.

Ümumbəşəri bəlanın dünya iqtisadiyyatına və maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbənin ölçüləri olduqca böyükdür. Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş “əsrin depressiyası” adlandırılmış iqtisadi böhran nəticəsində baş vermiş itkilərlə müqaisə edirlər. Real olan isə budur ki, virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaqdır.

Artıq bu gün Birləşmiş Millətlər Təşkilatı “yaxınlaşan maliyyə sunamisi” ilə bağlı həyacan təbili çalaraq Qərbi koronavirusla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə 2,5 trliyon dollar həcmində yardım göstərməyə səsləyib. BMT bu ölkələrin 1,0 trliyon dollar həcmində borcunun silinməsini və eyni zamanda zəruri tibbi xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə onların səhiyyə sistemlərinin bərpasına 500 milyard dollar məbləğində yardım etməyi tövsiyyə edib.

Beynəlxalq miqyasda koronavirusun hal-hazıra qədər yaratdığı durum heç də yaxşı deyil. Bu gün kimliyindən asılı olmayaraq bu durum hər bir kəsi ciddi düşündürməli və hər kəs bu durumun aradan qaldırılmasına öz töhvəsini verməlidir. Kimlərsə problemin həllinə maddi dəstək verməklə, kimlərsə də sadəcə virusun yayılmaması naminə özünü izolyasiya etməklə bunu etməlidir.

Hər bir problemin həlli bilavasitə ona düzgün yanaşmaqdan asılı olur. Virusun yayılmağa başladığı ötən dövr ərzində bütün dünyada yoluxanların vaxtında aşkarlanması və müəlicə edilməsi nəticəsində ümumilikdə 174 mindən çox insanın həyatını xilas etmək mümkün olub. Deməli, təhlükəli virusun peyvəndi tapılmadan belə onu müalicə etmək mümkündür. Bunun üçün çox asan bir şəkildə insanlara yoluxan bu virusun peyvəndi tapılana qədər hər kəs səbr nümayiş etdirib, daha az təmasda olmalı, bir sözlə özünü, yaxınlarını və bütövlükdə cəmiyyəti qorumaq üçün özünütəcrid variantını seçməlidir.

Yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi. Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər ən yüksək səviyyədə bu gün də davam etdirilir.

Biz COVİD-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik.

Ölkə Prezidenti cənab İlham Əliyev dünən İqtisadiyyat Naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı. Görüş zamanı Onun səsləndirdiyi “Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, “heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, “Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”, kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq. Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var.

Fikrət Yusifov: “İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur”.

Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, Prezidentin “Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram”, tələbinə hər birimiz əməl edək.

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb.

Artıq Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndrən işçi qrupun rəhbəri - iqtisadiyyat naziri M.Cabbarov Dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunin 3%-nə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir.

Yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir.

Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar