Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus azərbaycanlıları yollarda ölməkdən necə xilas etdi - avtoqəzalar yenidən başladı

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin müddətində yalnız xüsusi qaydada icazə alan insanlar müəyyən müddətdə çölə çıxa bilirdilər... 

Eyni zamanda məlum olduğu kimi həmin dövrdə avtomobillərin də hərəkəti məhdudlaşdırılmış, şəhərdə çoxsaylı postlar qurulmuşdu. Bu günlərdə yaxşı bir hal o idi ki, çoxasaylı yol qəzaları baş vermirdi. Karantin qaydaları yumşaldılandan sonra isə qəza xəbərləri alırıq.

Son üç günün qəzalarına nəzər salaq:

Mayın 24-də Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.

Mayın 26-da, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 28 yaşlı Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 36 yaşlı Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə toqquşub.

Nəticədə, “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 30 yaşlı Pənahlı Fərid Kərim oğlu, 29 yaşlı Qafarov Toğrul Bəhman oğlu, 37 yaşlı Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 64 yaşlı Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər. “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 29 yaşlı Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Mayın 26-da Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobillə "Qazel" markalı yük avtomobilin toqquşması nəticəsində 4 nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Mayın 27-də Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu “BMV” markalı avtomaşınla İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Musavat.com-a danışan ekspert Elməddin Muradlı qəzaların bu qədər çox olması ilə bağlı aşağıdakıları söyləyib:
"Ağır yol nəqliyyat hadisələri ilə bağlı istənilən halda təhlillər aparılmalıdır. Bu səbəblər sırasında ötmə-manevr qaydasının pozulması, əks istiqamətli yola çıxma əsas səbəblərdir. Eyni zamanda yol ayrıcının keçilmə qaydaları da ağır yol qəzalarına səbəb olur. Qəzaların ağırlıq dərəcəsinin belə yüksək olması da düşündürücü məsələdir. Nə üçün bir qəzada məsələn, 5 nəfər dünyasını dəyişir? Bu, çox aktual bir sualdır və ciddi məsələni ortaya çıxarır. Səbəblər sırasında öndə gələnlərindən biri avtomobilin texniki göstəricilərinin zəif olmasıdır. Texniki parametrlər zəif olduğu zaman avtomobildə ölüm halları da çox olur. Nə qədər müasir, təhlükəsizlik parametrləri yüksək avtomobil olsa, ölüm riski də o qədər az olar. Avtomobilin aktiv təhlükəsizlik elementləri olmasa, sıradan çıxmış olsa daha ağır nəticələr olur. Bütün bunları araşdırmaq lazımdır.Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə edib-etməməsi də əsas məsələdir. Hər bir halda kəmərdən istifadə etmək istər sərnişini, istərsə də sürücünü yol nəqliyyat hadisəsindən xilas edir. Burada 80 faiz xilas olma ehtimalı var. Təəssüf ki, son zamanlar ölkəmizdə çox ağır yol-qəzaları baş verir. Son hadisələr də bunlardan biridir. Yaxşı olar ki, bu qəzalar ciddi şəkildə təhlil edilsin və ölümlərin bu qədər çox olmasının səbəblri ictimaiyyətə açıqlansın".

pia.az 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar