Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus Azərbaycanı “vurmağa başladı” - Təfərrüat

Bu il ölkəmizə gəlişi gözlənilən 200 min çinli turistə qapılar bağlandı, gəlirlər itirildi, virus bölgəsindəki 7 azərbaycanlı isə təxliyə edildi; Rusiya Çinlə sərhədi bağladı, virus artıq 170 nəfərin həyatına son qoyub...

Çində yayılan koronavirus Azərbaycanda aşkarlanmasa da, öz güclü zərbələrini bizə vurmaqdadır.

Ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi. Lakin epidemiya ilə əlaqədar onları itirdik.

Bu isə o deməkdir ki, Azərbaycanın 200 min çinli turistdən qazanacağı gəlir əldən çıxmış sayılmalıdır.

DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi “Trend”ə deyib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi: “Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.

Onun sözlərinə görə, assosiasiya Bakıda uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb: “Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlara heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər”.

Beləcə, koronavirusun ucbatından Azərbaycan böyük pulları əldən vermiş oldu və epidemiyadan ilk ziyanı aldığımızı söyləyə bilərik.

Bizi narahat edən digər məsələ isə Çindəki tələbələrimiz idi. Artıq Azərbaycanın 7 vətəndaşı koronavirusa görə Çindən Türkiyəyə təxliyə edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, azərbaycanlılarla yanaşı 34 Türkiyə, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da təxliyə olunub.

Azərbaycan hökuməti koronavirusa görə Türkiyənin Çindən təxliyə edilən vətəndaşlarına lazımi dəstəyi verəcək.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bundan başqa, Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanında ciddi yoxlanışdan keçiriliblər.

Təyyarədən enən 85 sərnişin koronavirusla bağlı hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.

AMEA-dan verilən məlumata görə, akademiyada müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

AMEA-nın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb. Bununla yanvarda ölənlərin sayı 5-ə çatıb. Sosial mediada bəzi iddialar səslənir ki, onlar Çin virusundan ölüblər. Lakin deyilənlər fərziyyədən o tərəfə keçmir.

Çində yaşayan azərbaycanlı Vüsal Quluzadə isə facebook-da yazıb ki, yaxşıdır, səhhətində problemim yoxdur: “Mənim yaşadığım əyalətdə də 120-dən çox virusa yoluxmuş insan var və karantinə alınmayıb. Sadəcə, öz təhlükəsizliyim baxımından çölə çıxmıram. Yoxsa istədiyim vaxt lazımi tədbirləri alıb çıxa bilərəm”.

V.Quluzadə qeyd edib ki, virus heyvanlara və insanlara yoluxa bilər: “İndi də Uhan şəhərində yerləşən balıq və ət məhsulları satan bazarda yarasa və ya ilandan insana yoluxduğu bildirilir.

Virusun ilk qurbanı 27 dekabrda xəstəxanaya yerləşdirilən 9 yanvarda dünyasını dəyişən 61 yaşlı çinlidir. Simptomları ilk başlarda qrip adlandırdığımız xəstəliklə eynilik təşkil edir".

Bu arada Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski epidemiyanı ABŞ-ın Çinə qarşı bioloji müharibəsi adlandırıb.

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Jirinovskinin fikirləri komploteoreyə bənzəyir. “İlk baxışdan elə görünür ki, Çində baş verən hadisə sanki Amerikanın maraqlarına cavab verir. Çünki bu iki ölkə arasında rəqabət var. Ona görə virusun yayılması Çin iqtisadiyyatına və imicinə ziyan verir. Hazırda bütün ölkələr vətəndaşlarını oradan çıxarır, turizmə və ticarətə ciddi ziyan deyir. Amma belə şübhə olsaydı, Çin özü informasiya yayardı ki, bizə qarşı laboratoriya müharibəsi aparılır. Əksinə, çinlilər etiraf edirlər ki, virus yeməkdən insanlara keçib. Sadəcə, Jirinovski xoşlayır ki, belə fikirlər səsləndirsin və hər hadisəni Amerika ilə əlaqələndirsin. Çünki onun fikirlərinə diqqətlə yanaşanlar var”, - deyə siyasi şərhçi vurğulayıb.

Çində isə koronavirus qurbanlarının sayı 170 nəfərə çatıb. Virusa yoluxanların sayının isə 7711 nəfər olduğu açıqlanıb. Onların 1370 nəfərinin vəziyyəti ağırdır.

Çin rəsmi dairələri artıq koronavirusun ölkənin bütün vilayətlərinə, muxtar rayonlara yayıldığını bildirib. Çinin paytaxtı Pekində ölümcül koronavirus səbəbilə evlənmək və dəfn etmək müvəqqəti olaraq qadağan edilib. Bu barədə “China News” xəbər yayıb. Qeyd olunur ki, vida mərasimində, adətən onlarla, hətta yüzlərlə insan toplaşdığı üçün virusun yayılmasına qarşı mübarizə öz töhfəsini vermir.

Digər tərəfdən, sevən cütlüklər tələbatın çox olduğu fevralın 2-də nikah qeydiyyatından keçə bilməyəcəklər.

Məsələ burasındadır ki, 2 fevral 2020-ci il Çin dilində “Mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə uzlaşır, bu isə min ildə bir dəfə baş verən hadisədir.

Bundan başqa, 14 və 22 fevralda da nikah qeydiyyatından çəkinməyə çağırılıb. Rusiyanın baş naziri Mixail Mişustin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalayıb. ABŞ prezidenti Donald Tramp da koronavirusla bağlı müşavirə keçirdiyini və vəziyyəti yaxından izlədiyini bildirib.

“Çin ilə yaxından əməkdaşlıq edən bütün qurumlarımız, koronavirus haqqında mənə məlumat veriblər. Hadisələri izləməyə davam edəcəyik. Dünyada ən yaxşı mütəxəssislər bizim ölkədədir və onlar bu istiqamətdə günün 24 saatı, həftənin yeddi günü işləyirlər”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, koronavirusa yoluxma halı təkcə Çində yox, Yaponiya, Cənubi Koreya, ABŞ, Tailanda, Almaniya, Avstraliya, Finlandiya, Fransada da müşahidə edilib.(musavat.com)

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar