Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Koronavirus "Apple"ın qlobal tədarükünü ləngidə bilər

Yayılmaqda olan koronavirus səbəbindən "Apple" şirkətinin Çində yerləşən istehsal bazasının fəaliyyətində ciddi fasilələrin yaranması riski yüksəkdir...

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, "Moor Insights & Strategy" məsləhətçi şirkətinin bu sektorda veteran ekspertlərdən sayılan Patrik Murhedin fikrincə, xammalın çatdırılmasında problemlər olsa, bu, "Apple"ın tədarükündə fasilələrə səbəb olacaq.

Qeyd edək ki, "Apple"ın əsas məhsulu olan "iPhone" smartfonları Çində "Foxconn’s Hon Hai Precision Industry Co" və "Pegatron Corp. " tərəfindən müvafiq olaraq Çjençjou və Şanxay şəhərlərində yığılır. Bu yerlər virusun episentri olan Vuxan şəhərindən təqribən 500 kilometrlik məsafədə yerləşir və onları risk altına salır.

Bundan əlavə, Çində Yeni il bayramı ilə əlaqədar tətilə çıxan və sonra yenidən öz iş yerlərinə dönə bilməyən işçilər tədarük zəncirinə mənfi təsir göstərə bilər.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Apple koronavirus

Şərh yazın.


loading...

Ən çox oxunanalar