Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kooperasiya Universitetində təhsildən başqa hər şey var... - İttiham

Respublikamızda iri çinli məmurların -- nazirlərin, komitə, agentlik, xidmət və şirkət rəhbərlərinin, icra başçılarının, deputatların, eləcə də imkanlı iş adamlarının və sənətçilərin elmi dərəcə almaları, özlərini cəmiyyətə alim kimi sırımaları çoxdan adi hala çevrilib

Bu utancverici proses, demək olar ki, hər kəsin gözü qarşısında baş verir. “Alim” adına iddialı imkanlı şəxslər var ki, bir gün yuxudan ayılır və öz-özlərinə sual verirlər: "Bu dünyada hər şeyim varsa, istədiyim hər şeyə nail olmuşamsa, nədən, bir “alim” adım da olmasın?!.". Belələri, bu məqsədlərinə çatmaq üçün, üz tuturlar ya Elmlər Akademiyasına, ya da Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən birinə. Orada adlarını dissertant və ya doktorant kimi qeydiyyata saldırır, formal bir mövzu götürürlər. Bir müddət sonra hər şey hazır olur -- ya tapşırıqla, ya da “bazarlıq” yolu ilə dissertasiya işi yazdırılır. Maraqlıdır ki, bütün bu proseslər qısa bir zaman kəsiyində həyata keçirilir. Əsl elm adamları təkcə mövzunun adını iki, üç ilə təsdiq etdirə bilmədikləri halda, saxta alimlər cəmi bir neçə ilə ya elmlər namizədi olur, ya da elmlər dokıtoru. Elm sahəsində baş verən bu cür biabırçılıqlar, bəzi “alim”lərin törətdikləri hoqqabazlıqlar ölkə mətbuatı tərəfindən mütəmadi olaraq gündəmə gətirilsə də, bunun da bir faydası olmur...

Elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Öncə onun tərcümeyi-halına qısaca nəzər salmaq kifayətdir ki, nə demək istədiyimiz sizə də aydın olsun.

1951-ci ildə anadan olan Eldar Quliyev, 1973 - 1974-cü illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 - 1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini,1993-cü ildə isə, İdarə Heyətinin sədri vəzifəsinə seçilib və indiyə kimi həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu da elə keçirən Eldar Quliyev II, III, IV və V çağırış Milli Məclisin deputatı seçilib və parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavinidir.

Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb.

Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır: "Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!". Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir -- gömrük işi, kənd təsərrüfatı və s., və i. Özü də, Eldar Quliyev bu “uğurlarına" görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.

Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar indiyə qədər gizli qalıb?! Onun “dahiliyinin" yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?!

Daha bir maraqlı məqama diqqət yetirək: Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi. Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?! Bəs, onların payı kimə çatdı?! Bir ara mətbuatımız da bu mövzunun üstündə "baş sındırırdı". Lakin çifayda...

Kooperasiya Universiteti də, öz fəaliyyəti ilə, çoxdan ictimaiyyətin qınaq obyektinə çevrilib. Açıq-aşkar görünür ki, ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar məhz bu universitetdə baş verir. Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda "mahirdir". Bütün bunlar isə, məhz Eldar Quliyevin elmi sahədə “xidmətlərinin" acı nəticəsidir.

Yuxarıda sadaladıqlarımız onu deməyə əsas verir ki, Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, müvafiq ölçü götürülməlidir.(araz.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar