Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könüllülər polisə dəstək oldu - "Mənim polisim"

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında paytaxt könüllülərinin iştirakı ilə “Mənim polisim” adlı sosial aksiya keçirilib...

Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən verilən məlumata görə, layihə 2 iyul – Azərbaycan Polisi gününə həsr olunub.

“Mənim polisim” adlı sosial aksiya çərçivəsində "Formula 1", IV İslam Həmrəylik Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və paytaxt Gənclər və İdman İdarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyi, dəstək və təşəkkürlərini bildiriblər.

Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində, bu ərəfədə insanların sağlamlığının qorunmasında, təhlükəsizlik təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə təşəkkürdür.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar