Bazar ertəsi, 13 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Könül Nurullayeva: “Azərbaycanın nüfuz sahibinə çevrilməsi bəzi dairələri ciddi narahat edir”

“Azərbaycan coğrafi baxımından kiçik ölkə olsa da “orta miqyaslı” dövlət kimi tanınır. Ölkəmizin istər regional, istərsə də qlobal miqyasda irəli sürdüyü təşəbbüslər konstruktiv əməkdaşlıq mühiti yaratmaqla yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir”...

“Bununla belə, biz beynəlxalq miqyasda ikili standartlar siyasətinin dünya nizamına sarsıdıcı təsirini görürük”.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı əksər nüfuzlu beynəlxalq qurumlar qətiyyət nümayiş etdirdiyi halda Avropa Şurası Parlament Assambleyasının timsalında bu ədalətli yanaşma olmayıb: "Münaqişə zamanı Ermənistanın işğal siyasəti ucbatından etnik zorakılığa məruz qalan 1 milyona yaxın soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində AŞPA tərəfindən faktiki hər hansı addım atılmayıb. Uzun illərdir, işğalçı ilə işğala məruz qalan tərəf arasında obyektiv seçim etmək istəməyən Avropa Şurası Ermənistanın növbəti qanunazidd davranışına reaksiya verməyib. Söhbət Azərbaycanın işğal altındakı ərazilərində separatçı rejim tərəfindən təşkil edilən seçki şousundan gedir. Əksər nüfuzlu beynəlxalq qurumlar Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığı halda, AŞPA hələ də səssizliyini qoruyub saxlayır. Bu yanaşma açıq şəkildə qeyri-obyektivliyin nəticəsidir. Bu gün bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir. Halbuki Azərbaycan hər zaman AŞ da daxil olmaqla bütün beynəlxalq qurumlarla əməkdaşlığa açıqdır.

Ölkəmiz 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman AzərbaycanErmənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Bu öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Lakin AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiqlik nümayiş etdirir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də hər zaman konstruktiv əməkdaşlıq nümunəsi sərgiləyib. Lakin təəssüflər olsun ki, bu qurumun məruzəçilərinin zaman-zaman sifarişli, qərəzli dairələrin maraqlarına xidmət edən əsassız, ölkəmizə qarşı böhtan xarakterli hesabatlarının şahidi oluruq.

Açıq şəkildə görünür ki, qısa müstəqillik tarixinə malik ölkəmizin dünya birliyində nüfuz sahibinə çevrilməsi, müstəqil siyasət yeritməsi AŞ-ın timsalında bəzi qərəzli dairələri ciddi narahat edir.

Xatırlatmaq yerinı düşər ki, 2013-cü ildə həmməruzəçi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi qurumda Azərbaycanafobiya meyllərini daha da gücləndirdi. Məğlub dairələr dəfələrlə ölkəmizdə keçirilən mühüm tədbirlər zamanı da Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar. Bunun konkret dairələr tərəfindən idarə edildiyi aydın şəkildə görünürdü".

K.Nurullayeva bildirib ki, eyni tendensiya Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibətdə də müşahidə edilib: "2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məhz seçkiyə az qalmış peyda olması da növbəti qərəzin göstəricisi idi.

Daha bir fakt- dünyada ciddi etiraza səbəb olan son polis zorakılığı hadisəsini görməzlikdən gələn AŞPA-nın bu davranışı bir daha göstərir ki, bu təşkilat ikili standartların ən geniş vüsət aldığı regional platformadır.

Belə olan halda Aərbaycan Prezidenti haqlı olaraq, Avropa Şurası tərəfindən ölkəmizlə bağlı qəbul edilmiş qərəzli sənədləri adi kağız parçası kimi qiymətləndirir".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qüdrət Həsənquliyev Azərbaycanda çevriliş barədə yayılan şaiyələrdən danışıb

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Azərbaycan belə talanır: 70 yaşlı məmurun milyonluq seyrəngahı… – Fotolar

Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb - Fotolar

Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

Deputatın diplomat kürəkəni ABŞ-a qaçıb? - İddia

Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

MN: İtki verən düşmən geri otuzdurulub - İki şəhidimiz var

Partiya sədrindən Mehdiyev və Məmmədyarova şok ittihamlar... 

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı

"Kabinetinə əyilə-əyilə girənlər üstünə daşla gələcək" - Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama 

loading...

Ən çox oxunanalar