Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

“Associated Press” agentliyi Səudiyyə Ərəbistanının baş konsulluğuna baxış keçirilərkən iki həftə əvvəl yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə işarə edən dəlillər tapıldığını iddia edir

Türkiyənin NTV telekanalı xəbər verir ki, ötən gecə baxış zamanı türkiyəli mütəxəssislər konsulluğun həyətində torpaqdan nümunələr götürüb, həmçinin qan izlərini tapmaq üçün ultrabənövşəyi şüalardan istifadə ediblər.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, müstəntiqlər Səudiyyə Ərəbistanı konsulunun iqamətgahına da baxış keçirəcəklər.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu dünən Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat sürən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.

Anadolu agentliyinin yaydığı son məlumata görə, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi bu axşam yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) təyyarə ilə Türkiyəni tərk edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar