Cümə, 19 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Konstitusiya Məhkəməsinin hakimləri tam tərkibdə istefa verib - Moldovada

Moldova Konstitusiya Məhkəməsinin hakimləri tam tərkibdə istefa vermək barədə qərar qəbul edib

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Moldova prezidenti İqor Dodon Venesiya Komissiyasının ölkənin Konstitusiya Məhkəməsi tərəfindən pozuntu faktını qəbul etdiyini söyləyib. O cümlədən hakimlər Moldovanın prezidentini vəzifəsindən çıxarmaqla baş nazirə parlamentin buraxılması barədə fərman imzalamaq hüququ verməklə Konstitusiyanı pozublar. Eyni zamanda müəyyən edilib ki, parlament Konstitusiya Məhkəməsinin bildirdiyi kimi iyunun 7-dək yox, 10-dək buraxıla bilməzdi.

Əlavə edək ki, Konstitusiya Məhkəməsinin sədri Mixay Poalelunj iyunun 20-də istefa verib.

pia.az


Şərh yazın.

loading...