Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresmenlər Baydenə müraciət edib - İndiki fazada ABŞ-ın aktiv şəkildə Qarabağ probleminə müdaxiləsi nə vəd edir?

Müharibədəki acınacaqlı məğlubiyyətə baxmayaraq, ermənilər hələ də müstəqillik tələb edir və Qarabağ probleminin həllini də bunda görürlər...

Politoloq: “Konqresmenlərin prezident Baydenə müraciəti digər ölkənin suveren işlərinə müdaxilə deməkdir”.

“Administrasiya başa düşür ki, əgər ABŞ birtərəfli mövqe nümayiş etdirsə, digər tərəflər, xüsusilə Rusiya bundan istifadə edəcək”.

Bu sözləri politoloq İlqar Vəlizadə ABŞ-ın son zamanlar Qarabağ məsələsində göstərdiyi fəallığın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi müharibədə ermənilər Xankəndi, Xocavənd və Ağdərəni tərk etmişdilər. Amma sonra rus sülhməramlıları onları geri qaytardı. Hadisələrin gedişindən məlum olur ki, Minsk qrupunun yenidən fəaliyyəti və hər hansı danışıqların əsas mahiyyəti “Artsax”ın müstəqilliyini tələb etməkdir.

Müharibədəki acınacaqlı məğlubiyyətə baxmayaraq, ermənilər hələ də müstəqillik tələb edir və Qarabağ probleminin həllini də bunda görürlər. Çox təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin yürütdükləri siyasət də bu yöndədir. Buna görə də Azərbaycan üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq heç də proritet məsələ deyil və problemin həllini rəsmi Bakı Rusiya və Türkiyənin işbirliyi çərçivəsində görür.

Bu yaxınlarda isə ABŞ-ın 100-dən artıq konqresmeni prezident Baydenə müraciət edərək təcili şəkildə Qarabağ münaqişəsinə müdaxilə etməyi və Dağlıq Qarabağın erməni əhalisinin öz müqaəddaratını təyinetmə prinsipi əsasında münaqişənin həllinə çalışmağı xahiş ediblər. Həmçinin konqresmenlər Dağlıq Qarabağa və Ermənistana siyasi dəstək verilməsi ilə yanaşı maddi və mənəvi dəstək verməyi də istəyiblər. O cümlədən 907-ci düzəlişin yenidən qüvvəyə minməsini tələb ediblər.

Hazırkı fazada ABŞ-ın aktiv şəkildə Dağlıq Qarabağ probleminə müdaxiləsi nə vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan onsuz da tamamilə Rusiyanın nəzarəti altındadır və Vaşinqton strateji qərar qəbul edilirkən, bu həqiqət mütləq nəzərə alacaq”.

ABŞ Qarabağ məsələsində oyundan kənar vəziyyətdə olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, hələ də Minsk qrupu olduğuna görə ABŞ hər hansı aktivliyini Minsk qrupu çərçivəsində edə bilər:

Konqresmenlərin prezident Baydenə müraciəti digər ölkənin suveren işlərinə müdaxilə deməkdir. Buna görə də düşünmürəm ki, konqresmenlərin bu çağrışını administrasiya alqışlayacaq. Əgər Bayden administrasiyası bu addımı atsa, Azərbaycanla münasibətləri dərhal korlanacaq. Düşünürəm ki, bu məsələdə administrasiya daha mülayim və konseptual davranacaq, həmçinin birtərəfli mövqe sərgiləməyəcək.

Real vəziyyət onu göstərir ki, ABŞ Qarabağ məsələsində oyundan kənar vəziyyətdədir. ABŞ hansısa yollarla Qarabağ məsələsində fəallıq göstərmək istəyir. Hələ də Minsk qrupu olduğuna görə ABŞ hər hansı aktivliyini Minsk qrupu çərçivəsində edə bilər. Ona görə də hesab edirəm ki, Yaxın zamanlarda ABŞ Minsk qrupu çərçivəsində fəaliyyətini daha da aktivləşdirəcək

Xatırladım ki, Minsk qrupunun fəaliyyəti ondan ibarətdir ki, tərəfləri ortaq məxrəcdə razılaşdırsınlar və bu zaman vasitəçilərin tərəf tutmaları yolverilməzdir. Ona görə də hesab etmirəm ki, Minsk qrupu həmsədrləri ermənilərə birbaşa müstəqillik tələb edəcəklər. Bunun üçün onların mandatı yoxdur. Hesab edirəm ki, Minsk qrupu öz fəaliyyətini bərpa edərsə, neytrallığını qorumaqla ermənlərə hansısa səviyyədə muxtariyyət verilməsini təklif edəcəklər. Rəsmi Bakının bu təklifi qəbul etməsi ya da etməməsi isə tamamilə başqa məsələdir. Düşünürəm ki, rəsmi Bakı bu təklifə heç də isti yanaşmayacaq. Çünki prezident açıq şəkildə bildirib ki, ermənilərə heç status tanınmayacaq və onlar ölkənin digər vətəndaşları kimi normal vətəndaş hüquqlarına sahib olacaqlar.

İlqar Vəlizadə: “Hesab edirəm ki, 100-dən artıq konqresmenin Baydenə müraciəti sadəcə daxili siyasətə hesablanıb və konqresmenlərin erməni seçicilərini sakitləşdirçək məqsədini daşıyır”.

Konkret olaraq ABŞ-ın prossesə müdaxiləsinə gəldikdə isə, düşünmürəm ki, Vaşinqton Mink qrupundan kənar hansısa addımlar atacaq. Düşünürəm ki, Ağ Ev Minsk qrupu çərçivəsində fəaliyyətini daha da aktivləşdirəcək və hər iki tərəfə təsir göstərməyə çalışacaq.

Bir daha qeyd edim ki, yeni adminstrasiya rəsmi Bakıya qarşı bir tərəfli təzyiqlər etsə, bu ABŞ-ın regiondakı nüfuzuna və yerinə çox ciddi təsir edəcək. Çünki təkcə Ermənistan vasitəsi ilə Vaşinqton bu əhəmiyyətli regionda öz varlığını qoruyub saxlaya bilməz. Onu da qeyd edim ki, Ermənistan onsuz da tamamilə Rusiyanın nəzarəti altındadır və Vaşinqton strateji qərar qəbul edərkən, bu həqiqət mütləq nəzərə alacaq. qərar nüfuzuna çox ciddi zərbə endirəcək. Administrasiya başa düşür ki, əgər ABŞ birtərəfli mövqe nümayiş etdirsə, digər tərəflər, xüsusilə Rusiya bundan istifadə edəcək.

Ona görə də hesab edirəm ki, 100-dən artıq konqresmenin Baydenə müraciəti sadəcə daxili siyasətə hesablanıb və konqresmenlərin erməni seçicilərini sakitləşdirçək məqsədini daşıyır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar