Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresmenin Dağlıq Qarabağ səfəri və hüquqdan kənar sayıqlamaları...

Necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır?..

Politoloq: “ABŞ konqresmeni Frenk Pallonenin Dağlıq Qarabağa səfəri ABŞ-ın imicinə, eyni zamanda ABŞ Konqresmeninin imicinə ciddi şəkildə xələl vuran amillərdən biridir”.

“Əfsuslar olsun ki, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyətləri ona gətirib çıxarıb ki, ABŞ qanunverici orqanını təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən fəaliyyətlərlə məşğuldurlar”.

Bu sözləri politoloq Zaur Məmmədov ABŞ konqresmeni Frenk Pallonenin işğal altında olan Dağlıq Qarabağa səfər etməsini və ordan verdiyi hüquqa zidd bəynatı PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ konqresmeni Frenk Pallone işğal altında olan Dağlıq Qarabağa səfər edib və bu səfərdən sonra ermən mətbuatına açıqlama verən konressmen Vaşinqtonun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxıb. Eyni zamanda Pallone gələn il ABŞ-ın işğal altında olan Dağlıq Qarabağa edəcəyi maliyyə yardımlarından da danışıb. Pallone həmçinin Azərbaycanı aqressiv ölkə kimi dəyərləndirib.

Qeyd edək ki, Frenk Pallone adı ölkəmizə yaxşı tanışdır. Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini nümayişkəranə şəkildə pozmuş ABŞ konqresmenlərindən biridir. Hətta bir neçə il bundan əvvəl onun adı digər konqresmenlər - Nümayəndələr Palatasının üzvləri: David Valadao və Tulsi Qabbardın ilə birlikdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bəs necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ vasitəçi Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır. Bunu hansı beynəlxalq, ya da yerli hüquqla şərh etmək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Konqresmenin Dağlıq Qarabağda verdiyi bəyanatların hamısı onun şəxsi bəynatlarıdır. ABŞ-Azərbaycan münasibətləri Pallone kimi konqresmenlərin bəsit qərarlarından və çıxışlarından asılı deyil”.

Cənubi Qafqazda gedən geosiyasi güclərin toqquşması fonunda ABŞ-ın Azərbaycanla bağlı mövqeyinin daha da güclənəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, son iki ildə ABŞ-dan Azərbaycan göndərilən maliyyə vəsaiti də bir çox dairələri narahat edir:

“Bildiyimiz kimi ABŞ siyasi sitemində lobbiçilik kifayət qədər inkişaf edib. Əfsuslar olsun ki, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyətləri ona gətirib çıxarıb ki, ABŞ qanunverici orqanını təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən fəaliyyətlərlə məşğuldurlar. Bu fəaliyyətlərin istiqamətlərindən biri bəzən separatçılığa dəstəkdə özünü göstərir.

ABŞ konqresmeni Frenk Pallonenin də Dağlıq Qarabağa səfəri ABŞ-ın imicinə, eyni zamanda ABŞ Konqresmeninin imicinə ciddi şəkildə xələl vuran amillərdən biridir. Amma təəssüflər olsun ki, istər ABŞ, istər Rusiya, istər Fransanı təmsil edən ayrı-ayrı millət vəkilləri tez-tez siyasi etikadan kənara çıxırlar və məsuliyyətsiz, hüququ heçə endirən bəyanatlar verirlər.

Məlumdur ki, beynəlxalq hüquq bu məsələdə Azərbaycanın tərəfindədir. Buna görə də ən azından bu kimi bəyanatlardan çəkinmək lazımdır.

Zaur Məmmədov: “Ermənilərin Dağlıq Qarabağı tanıtmaq üçün atdığı addımların heç bir nəticəsi olmayacaq”.

Hər kəsə məlumdur və Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə bütün ölkələri xəbərdar edib ki, onların Dağlıq Qarabağa səfəri qanunsuzdur və onlar Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında olacaqlar. Təbii ki, konqresmenin Dağlıq Qarabağda verdiyi bəyanatların hamısı onun şəxsi bəynatlarıdır. ABŞ-Azərbaycan münasibətləri Pallone kimi konqresmenlərin bəsit qərarlarından və çıxışlarından asılı deyil.

ABŞ-da seçkilərdən əvvəl də erməni diasporasına namizədlər bir çox sözlər verir. Amma onlar hakimiyyətə gələndən sonra öz siyasi davranışlarını bir qədər fərqli üslubda davam etdirilər. Son zamanlar erməniləri ən çox narahat edən məsələ ABŞ tərəfindən Ermənistana illik edilən yardımların azalmasıdır. Son iki ildə isə ABŞ-dan Azərbaycan göndərilən maliyyə vəsaiti də bir çox dairələri narahat edir.

 

Onu da qeyd edim ki, Azərbaycan istədiyi ölkədən öz hərbi büdcəsindən istifadə edərək silah almaq iqtidarındadır. Türkiyə misalı da bunu bir daha göstərdi ki, alıcılar çoxdur və alıcıların arasında çox böyük rəqabət var. Buna görə də Cənubi Qafqazda gedən geosiyasi güclərin toqquşması fonunda ABŞ-ın Azərbaycanla bağlı mövqeyi daha da güclənəcək. Son dövrlərdə isə ABŞ-Azərbaycan münasibətlərində ana xətt üzrə inkişafdan danışa bilərik.

Hər bir halda ermənilərin Dağlıq Qarabağı tanıtmaq üçün atdığı addımların heç bir nəticəsi olmayacaq. Bu günlərdə Fransa prezidentinin, Fransa Ali Məhkəməsinin verdiyi qərar bunu bir daha sübut etdi”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar