Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresmen Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat konqresmen Stiv Koen Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib

O, bəyanatında Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu diqqətə çatdıran konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.

S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü vurğulayıb.

Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirdiyi qeyd olunub.

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlıq xüsusi vurğulanıb.

Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar