Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kondisioner işlədərkən gözlənilməli qaydalar

İsti yay günlərində qapalı məkanlarda ən çox ehtiyac duyulan məişət əşyalarından olan kondisionersiz ötüşmək çox çətindir...

Lakin ondan istifadə olunması bir sıra sağlamlıq problemləri yaratdığına görə bəzi məsləhətləri nəzərə almaq lazımdır.

PİA.az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Soyuq havanın birbaşa insanın üzərinə vurması əzələlərdə, sümüklərdə və oynaqlarda ağrı yaranmasına səbəb olur. İnsanda xroniki xəstəliklər olduqda sərin havanın həmin xəstəlikləri daha da aktivləşdirməsi nəticəsində başağrısı, burun tutulması və ödemlərin yaranmasına aparıb çıxarır".

Həkimlərin dediyinə görə, yayda kondisioner olan yerin temperaturu daim nəzarətdə saxlanılmalıdır. Bayırdakı hava ilə kondisioner olan otağın temperatur fərqi 10 dərəcədən çox olmamalıdır. Kondisioner sağlamlıqla əlaqədar problem yaradarsa, ya ondan ümumiyyətlə istifadə etməmək, ya da otaqda və ofisdə nəmləndirici qurğular yerləşdirmək məsləhətdir.

"Kondisioner allergik xəstəliyi olanlara zərərli təsir göstərir, nəfəs yollarında və ağız boşluğunda quruluq yaradır. Bu, kondisionerdən gələn soyuq hava axının otaqda olan toz, bakteriya və virus qabarcıqlarını sirkulyasiya etməsi nəticəsində nəfəs yollarına düşən allergenlərin sayəsində baş verir", - deyə həkim-terapevt əlavə edib.

Kondisioner adətən otağın yuxarı hissəsində yerləşdirilməli və hava axını qətiyyən aşağı vurmamalıdır. Hava isti olanda insanın tərli-tərli soyuq hava axınını öz üzərinə yönəltməsi çox təhlükəlidir. Soyuq hava uzun müddət bir yerə təsir edəndə soyuqdəymə xəstəlikləri yarada bilər.

Kondisioner oksigenin miqdarını azaltdığına görə olduğu məkanın havası mütəmadi olaraq dəyişdirilməli və ayda bir dəfə tozu təmizlənməlidir.

pia.az


Etiket: kondisioner


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar