Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Komitə sədri: “Kişilər daha çox intihara meyl edir”

"Çox təəssüf ki, bizim cəmiyyətdə zorakılıq hadisələri və gizli gedən proseslərlə bağlı insanlarımızın xidmətlərdən istifadəsi az olur".

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bunun bir neçə səbəbi ola bilər: "Bu, milli mənəvi dəyərlər və məsələyə fərqli baxışa bağlıdır. Bu sahədə xidmətin dairəsini genişləndirməli və bu prosesə bütün cəmiyyət olaraq qoşulmalıyıq. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu kimi hadisələrin nəticəsi cəmiyyətə çatır və ağır nəticələnir".

Onun sözlərinə görə, intiharlara bağlı rəqəmlər yüksəkdir: "Ölkədə təkcə erkən nikah deyil, bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narazılıq, narahatlıq doğurur. Bəzən dərdini açıq demək, harada şikayət etmək ənənəsini normal qəbul etmirlər. Heç kim bu məsələlərə biganə qalmamalıdır. Bu məsələlər yalnız bizim komitənin nəzarətində deyil. Daşlaşmış stereotipləri müasir cəmiyyətin tələbi ilə dəyişmək lazımdır. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmirik. Son dövrlər bu vəziyyətin dünya üzrə acınacaqlı olmasının səbəbi var. Bu, pandemiya ilə bağlıdır. Həmçinin müharibədən çıxmış ölkə kimi onun doğurduğu psixoloji, sosial və digər çətinliklər var ki, bəzi insanların psixoloji durumu buna dözməyə imkan vermir”.

Komitə sədri qeyd edib ki, kişilər daha çox intihara meyl edir: "Amma cəmiyyət müzakirə edərkən daha çox qadınlara üstünlük verir. Zorakılıq göstərənlər əsas hədəf qrupları olmalıdır. Bununla bağlı layihələrimiz davam edir".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmira Axundovanın Qəbələdəki dəbdəbəli villasının videosu yayıldı

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib - Yenilənib

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

Keçmiş ərindən Tünzaləyə sərt cavab: "Ona elə sözlər deyərdim ki.."

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Ən çox oxunanalar