Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri: "Azərbaycanın yerləşdiyi bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur"

Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır

Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb.

Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur.

Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır.

Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edi:

"Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik".

Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur.

İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: " Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır".

Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib:

"Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir".(Trend)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar