Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə rəsmisi: “Zorakılığa məruz qalanların arasında oğlan uşaqları da az deyil” – Müsahibə

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri: “Çalışırıq ki, azərbaycanlı gənc ailələrin psixoloqlara və sosial işçilərə müraciət etmə vərdişini formalaşdıraq”

“Qadına qarşı zorakılıq hallarına görə təkcə Dövlət Komitəsi məsuliyyət daşımır. Cəmiyyətin hər bir fərdi, dövlətin hər bir qurumu və mətbuat da məsuliyyət daşıyır”

Bu sözləri Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov qadına qarşı zorakılığı və gender bərabərliyi haqqında PİA.az-a verdiyi nüsahibədə qeyd edib.

Son zamanlar Azərbaycanda qadına qarşı zorakılıq və ağır cinayət halları artmaqdadır. Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı ağır cinayətlərlə bağlı məhkəmə prosseslərin sayı da artmaqdadır. Elə xəbər kanallarında da cinayət xəbərlərində qadına qarşı zorakılığın artmasını hər gün müşahidə edirik.

Azərbaycanda qadın və ailə problemləri ilə birbaşa məşğul olan qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bu Komitənin cəmiyyətdə qadın zorakılığının qarşısının alınması ilə bağlı gördüyü proflaktik və birbaşa tədbirlər cəmiyyətimizdə o qədər də hiss olunmur. Bəs Komitənin fəaliyyəti nədən ibarətdir? Ehtiyacı olan adınlara və məişət zoraklığına məruz qalan insanlara yardım etmək üçün hansı imkanları var?

PİA.az Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovla müsahibəni oxucularının diqqətinə cəlb edir:

“Məişət zorakılığı baş vermiş ailələrdəki kişilər üçün bizim marifləndirmə proqramlarımız var”.

- Elgün bəy, bu günə qədər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi zorakılıq hallarını aradan qaldırmaq üçün yerlərdə hansı addımlar atıb və atmaqdadır?

- 2006-cı ildən bu günə qədər Komitə bu mövzuda müxtəlif tədbirlər keçirib. 2015-ci ildə yerli icra hakimiyyətlərində monitorinq komissiyaları yaradılıb və komissiyaların fəaliyyəti eyni zamanda təkcə monitorinq aparmaq deyil, həmçinin zorakılığa məruz qalan qadınların problemini həll etməyə yönəlib. Hər yerli icra hakimiyyətinin nəzdində eyni zamanda Azərbaycanda 11 dövlət qurumunu özündə birləşdirən konkret monitorinq komissiyası yaradılıb. Onların vasitəsilə qabaqlayıcı, hüquqi, psixoloji və sosial tədbirlərin göstərilməsi nəzərdə tutulub. Bu komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının nümayəndələri birbaşa iştirak edir. Yerlərdə konkret olaraq biz illərdir təlimlər keçiririk. Xüsusilə də xidməti göstərən əməkdaşlar üçün DİN əməkdaşları ilə birgə çalışırıq.

Konkret olaraq bizim fəliyyətimiz zorakılığın təkrar qarşısının alınmasına yönəlib. Çünki məişət zorakılıqları ailə daxili problemlərdən yaranır və biz maksimum çalışırıq ki, belə hallar ikinci dəfə ailələrdə təkrarlanmasın.

Cəmiyyətimizdə geniş rezonans doğurmuş son üç qətl hadisəsi ilə bağlı heç bir dövlət qurumuna qabaqcadan siqnal daxil olmayıb və problemlərlə bağlı müraciət edilməyib. Yəni bu zorakılıq halının təkrar edilməsi ilə bağlı bizdə məlumat yox idi, amma sonradan məlum oldu ki, bu cinayətlərin baş verdiyi ailələrdə zorakılıq halı birinci, ikinci dəfə olmayıb. Sadəcə zorakılığa məruz qalan tərəf nə bizə, nə də polisə müraciət etməyib. Çox təəssüf ki, qurbanın özü problemi və təhlükəni bildirməyəndə və ya qurbandan savayı qohumu, zorakılığın şahidi olan insan komitəyə, dövlət qurumlarına siqnal göndərməyəndə biz məlumatsız oluruq və məsələyə müdaxilə etmək imkanlarımız mümkün olmur. Buna görə də əvvəlcədən qabaqlayıcı tədbirlər həyata keçirmək imkansız olur.

  • Qadına qarşı cinayət həmoşə cəmiyyətimizin problemi olub. Amma etitraf edək ki, 21-ci əsrdə bu tipli cinayətlərin artması heç də normal hal kimi qəbul oluna bilməz Artan qadın cinayətləri ilə Komitə hansı yollarla mübarizə aparmağı düşünür?

Azərbaycanda bu problemin həlli üçün qaynarxəttin yaradılması çox vacibdir. Qaynarxətt birbaşa və təcili şəkildə qurbana cavab verilməsinə dəstək olmalıdır.

Elgün Səfərov: “Bölgələrdə ümumiyyətlə vəziyyət acınacaqlıdır. Hətta onların hamısında peşəkar təcrübəyə malik əməkdaşlar fəaliyyət göstərmir”.

Komitə hər gün, hətta bu günlərdə də regionları zonalara bölərək zorakılığın qarşısını almaq üçün tədbirlər həyata keçirir. Qeyd edim ki, bu tədbirlər yalnız dövlət qurumlarının nümayəndələri və qadınlar üçün deyil, həmçinin kişilər üçün nəzərdə tutulub. Xüsusilə, məişət zorakılığı baş vermiş ailələrdəki kişilər üçün bizim marifləndirmə proqramlarımız var. Bildirmək istəyirəm ki, bu mövzuda onlarla sosial işçi, hüquqşünas, psixoloq işləyir. Düzdür, istədiyimiz effekti əldə etmirik. Niyə görə əldə edə bilmirik? Çünki bu gün Azərbaycanda ixtisaslaşmış hüquqşünasları və ya vəkilləri, ailə psixoloqları və ailə sosial işçiləri çox azdır.

Bölgələrdə isə ümumiyyətlə vəziyyət acınacaqlıdır. Hətta onların hamısında peşəkar təcrübəyə malik əməkdaşlar fəaliyyət göstərmir.

- Bildiyimiz kimi Azərbaycan Avropa Şurasının təklif etdiyi bir çox konvensiyanı ratifikasiya edib. Hal-hazırda da Komitə qəbul etdiyi 2018-2023-cü illər üçün “Gender Bərabərliyi Strategiyası”na və Avropa Şurasının 7-ci konfransının gündəliyinə (red. "Real gender bərabərliyinə nail olmaq üçün hüquqi və de-facto gender bərabərliyi arasındakı uyğunsuzluğun aradan qaldırılması", 2010) uyğun hansı addımlar atıb?

- Ümumiyyətlə, Avropa Şurasında strategiya qəbul ediləndə iki məqama daha çox əsaslanırlar. Açığı Avropa Şurasında sözü gedən müzakirələrdə məb də iştirak etmişəm və qeyd edim ki, bunlardan biri gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığının qarşısının alınması haqqında milli fəaliyyət qanunudur. Hal-hazırda o iki strategiyaya əsaslanaraq iki milli fəaliyyət üzrə qanun layihəsi hazırlanıb. Hətta əlavə olaraq bir məqamı da qeyd etmək istəyirəm ki, milli fəaliyyət planının bu il qəbul edilməsi planlaşdırılır.

Elgün Səfərov: “Gender bərabərliyinin təmin edilməsi və zorakılığın qarşısını alınması təkcə qadınlar üçün deyil, həmçinin kişilər üçün də aktualdır”.

Unutmaq olmaz ki, bu layihələrdə həmin strategiyaların müddəaları olduğu kimi təqdim edilməyə çalışılıb. Çünki əsas məqsəd beynəlxalq standartların Azərbaycana birbaşa implimentasiyasını təmin etməkdir, yəni həmin müddəları filtrdən keçirmədən Azərbaycanaa uyğunlaşdırmanı təmin edərək avtomatik şəkildə yönəldilməsi təmin etməyə çalışırıq.

Artıq üç ildir ki, Azərbaycan həmin strategiyanın icrası ilə bağlı mediada gender bərabərliyinin təşkili sahəsində Avropa Şurası ilə layihə yürüdür və layihə bu il də davam edəcək.

Onu da qeyd rdim ki, jurnalistika üçün etik qaydalar yazılmamış qanunlar kimi olsa da, 47 ölkədə bu qaydalar arasına gender komponentləri də əlavə edilib. Bunu siz mətbuatda da görə bilərsiz. Ancaq bu yanaşma yalnız bu işlərlə bitmir, qadın hüquqlarının müdafiəsi ilə bağlı, xüsusilə də gender problemi ilə bağlı müntəzəm olaraq təlimlər keçirilir. Gender bərabərliyinin təmin edilməsi və zorakılığın qarşısını alınması təkcə qadınlar üçün deyil, həmçinin kişilər üçün də aktualdır.

Məsələn, təəsüflər olsun ki, zorakılığa məruz qalanların arasında oğlan uşaqları da az deyil və bunun da qarşısının alınmasına çalışılır. Bununla bağlı yürütdüyümüz bir proqramlardan biri "Men to men"- Kişidən kişiyə” proqramıdır. Bu proqram çərçivəsində kişilər elə öz həmcinslərinə zorakılığın düzgün yanaşma olmadığını izah etməyə çalışırlar.

Təbii ki, biz təkcə fiziki zorakılıqdan danışmırıq. İstər fiziki, istərsə də, psixoloji zorakılığın törədilməsi problemin ailədə həllinə yönəldilmir. Əsasən də, çalışırıq ki, azərbaycanlı gənc ailələrin psixoloqlara və sosial işçilərə müraciət etmə vərdişini formalaşdıraq. Hətta maddi imkanı olmayanlar üçün də tam olaraq ödənişsiz şəkildə Komitə olaraq biz bunu təmin edə bilərik.Ümumiyyətlə, bilirsiniz ki, 11 regionda mərkəzimiz var və həmin yerlərdə tədbirlər keçirilir. Dövlət Komitəsinin ümumi ştatına baxsaq, 77 əsas ştatlı dövlət komitəsinə, əsas aparatda 80 nəfər isə regionda olan aparatın nümayəndələridir.

De-facto zorakılıqla mübarizəyə qaldıqda isə 2010-cu ilin konfransın nəticəsinə əsasən, Azərbaycanda milli qanunvericilik təkmilləşdirilib. Konkret bir müddəanı deyim ki, 2012-ci ildə cinayət məcəlləsinin 176.1-cı maddəsi cinayət məsuliyyəti ilə əhatə edilibr, yəni məişət zorakılığının növü olan qızları erkən nikaha məcbur etmə və qadınları nikaha məcbur etmə bəndlərinə 4 ilə qədər azadlıqdan məhrum etmə və 4 min manata qədər cərimə nəzərdə tutlub. Onun əsasında bu layihə qəbul edilib. Bugünkü gün qanunda o müddəa var və qüvvədədir.

Dövlət Komitəsinin təklifi ilə eyni zamanda inzibati xətalar məcəlləsində psixi və iqtisadi əsaslı zorakılıq mübarizənin qarşısının alınması üçün qəbul edilib və əlavə təkliflər paketi hazırlanıb. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin qəbul etmiş olduğu 4 qərar var. Hansı ki, birbaşa məişət zorakılığı ilə mübarizəyə yönəlib. Bu Azərbaycana təsir edən məqamlardır. Hətta bunların arasında yüzlərlə maarifləndirici ümumrespublika proqramları da var.

- Maariflənməni və medianın təsirini qeyd etdiniz, mənə elə gəlir ki, bu məsələdə ən çox təsir gücü televiziyalardadır və şiddətin və məişət zorakılığının əsas təbliğatçısı kimi mən Azərbaycan televiziya mühitini görürəm. Buna görə də, mənə çox maraqlıdır ki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Radio və Televiziya Şurasına hansısa göstərişlər və ya təkliflər veribmi?

- Bəli, bununla bağlı yeni qanun layihəsi nəzərdə tutulub. Uşaqlara qarşı zərərli məlumatların işıqlandırılması ilə bağlı olan həmin qanun layihəsi Komitə tərəfindən təqdim edilib və təkliflər kimi verilib. Yanvarın 1-dən qanun qüvvəyə minəcək. Bu qanunla bağlı olaraq həm monitorinqin aparılması, həm də işıqlandırılması ilə bağlı MRTŞ, komitələrə və digər dövlət orqanlarına vəsaitlər ayrılacaq. Bu çox gözəl bir addımdır və zorakılığa, məişət cinayətlərinə qarşı geniş təşviqata doğrudan ehtiyac var.

Birinci addım bu olacaq ki, uşaqların baxdığı verlişlərlı bağlı gündüz verilən verlişlərlə gecə verilən verlişlər arasında seçim olacaq. Adətən, uşaqların "efir saatı" olaraq qiymətləndirə biləcəyimiz gündüz saatlarında verilən verlişlərdə qan, ölüm faktı və ya zorakılıq amilləri göstərilməyəcək.

İkinci məsələ budur ki, dəfələrlə televiziya verilişlərində məişət zorakılığının qurbanı olan şəxsin üzünün və ad - soyadının göstərilməsi halları ilə rastlaşmışıq. Biz həmin saniyələri qeyd edərək, MRTŞ-ə və Mətbuat şurasına göndərmişik. Bir neçə il qabaq cənub bölgəsində baş verən bir cinayət hadisəsi zamanı qadın övladının gözləri önündə öldürülmüşdü və kameraların qabağında jurnalistlər mikrofonlarını tuşlayaraq uşaqdan müsahibə alıb yayımlamışdılar.

Elgün Səfərov: “Gender prinsipi mətbuat sahəsində birbaşa təmin edilməlidir”.

Son 2-3 il ərzində isə bu hallar yoxdur. Bu prosesi biz tədricən apardıq. Media və gender bərabərliyi layihəsi çərçivəsində 3 ildir ki, ölkəyə xarici ekspertlər dəvət edilir və biz onların təlimlərinə bütün mətbuat orqanlarını dəvət edirik.

İl ərzində 4-5 dəfə təlim keçirilirdi. Təlimlər vasitəsilə beynəlxalq ekspertlər və Azərbaycanda fəaliyyət göstərən ekspertlər məişət zorakılığında gender bərabərsizliyi işıqlandırma qaydalarını izah edirlər. Eyni zamanda bizim ən son Milli Məclisə təklif etdiyimiz məişət zorakılığı ilə bağlı qanun paketində də yalnızca məişət zorakılığında fiziki zorakılıq kimi işıqlandırılması yox, həmçinin bənd kimi cinayət məcəlləsində və eyni zamanda da məişət zorakılığı hallarının işıqlandırılması qaydası ilə bağlı bəndlər var. Çalışırıq ki, bu informasiya azadlığı qanununda da əks etdirilsin.

Ümumiyyətlə gender prinsipi mətbuat sahəsində birbaşa təmin edilməlidir. Mətbuat nümayəndəsi bu sahədə fəaliyyət göstərirsə, özünün fəaliyyət qanununu oxuyursa, o qanunda birinci gender bərabərliyi öz əksini tapmalıdır. Eyni zamanda gördüyü işdə də təmin etməlidir. Bugün qadına qarşı zorakılıq işıqlandırılırsa, qadınların müsbət təcrübələrindən də məlumat təqdim edilməlidir.

Xəbər manşetlərinə baxdığımız zaman say çoxluğu kişilərdir. Məncə, burada da bir balans yaradılmalıdır. Balanslı və ya növbəli şəkildə olmalıdır. Bu gün Azərbaycan qadınları beynəlxalq səviyyədə yüksək texnologiya və startup layihələri çərçivəsində öz sözlərini deyirlər. Məsələn, Azərbaycanda bələdiyyə işçilərinin 35 %-i qadındır və onların 29 %-i isə sədrdir. Bu kimi hallar işıqlandırılmalıdır. Bələdiyyə üzvləri arasında qadınların belə say nisbətinə görə  Azərbaycan Avropa Şurasına üzv 47 ölkə arasında 3-cü pozisiyadır. Bu fakt özü-özlüyündə çox ciddi bir uğurdur və təbii ki, təbliğ edilməlidir.

Ancaq bu o demək deyil ki, gender bərabərliyi mövzusunda Azərbaycanda problem yoxdur. Təbii ki, var və olacaq.

Elgün Səfərov: “3 ildir ki, ölkəyə xarici ekspertlər dəvət edilir və biz onların təlimlərinə bütün mətbuat orqanlarını dəvət edirik.”.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, problemlə mübarizə aparmaq üçün mətbuatın yanaşması düzgün olmalıdır və bu məəsələdə bizimlə əməkdalıq olmalıdırlar. Seksist prinsiplərdən uzaqlaşmaq və çəkinmək lazımdır. Ona görə də qadına qarşı zorakılıq hallarına görə təkcə Dövlət Komitəsi məsuliyyət daşımır. Cəmiyyətin hər bir fərdi, dövlətin hər bir qurumu və mətbuat da məsuliyyət daşıyır. Mən deyərdim ki, bu məsələdə mətbuatın məsuliyyəti hər kəsdən daha böyükdür və hesab edirəm ki, mətbuat öz məsuliyyətini dərk etməlidir. Çünki mətbuat cəmiyyətin güzgüsü olfuğu kimi, cəmiyyəti formalaşdıran əsas platformalardan biridir.

Ziya MEHTİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar