Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köməyə çağırış: Azər Kərimovun təcili donora ehtiyacı var - Foto

1975-ci il təvəllüdlü Azər Kərimov qaraciyər sirozundan əziyyət çəkir və təcili olaraq transplantasiyaya ehtiyacı var. Ancaq bir problem var - xəstə üçün donor tapılmır.

Xəstənin dostu Mehman müəllimin dediyi kimi, hazırda klinikada olan A.Kərimovun səhhəti hər gün ağırlaşır:

“Həkimlər qaraciyər nəqli əməliyyatının ən qısa müddətdə edilməli olduğunu söyləyirlər. Qohumlarımız və dostlarımız arasında özümüz bir donor tapmağa çalışdıq, təəssüf ki, tapa bilmədik. Azərbaycanda bir çoxunda ya qaraciyərin yağlı dejenerasiyası var, ya da əksinə, qaraciyər çox kiçikdir. Həkimlər potensial donorlarımızdan heç birini təsdiqləmədiyi üçün ictimaiyyətə müraciət etməli olduq”.

Qaraciyər nəqli əməliyyatının donor üçün tamamilə etibarlı olduğunu əlavə edir, çünki digər orqanlardan fərqli olaraq qaraciyər yenilənir.

Donor tələbləri: 18 ilə 50 yaş arasında; qan qrupu (1+, 1-, 2+, 2-); çəki 95 kq-a qədər. Əməliyyatla əlaqəli bütün xərclər xəstənin ailəsi tərəfindən qarşılanır.

Ətraflı məlumatları (055) 455-50-50 nömrəli telefonla tapa bilərsiniz.

Qeyd edək ki, ailə etik səbəblərdən xəstənin fotolarını yayımlamamağı xahiş edib.

Tibbi arayışları aşağıda əlavə edirik:

Xeyirsevər xalqımızın belə bir deyimi var: “Əl tutmaq Əlidən (imam) qalıb”. İnanırıq ki, xeyirsevər xalqımız Azər Kərimova lazımi köməkliyini əsirgəməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar