Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başladı. Həmin vaxt ölkəmizdə müxtəlif təxribatların qarşısını almaq üçün komendant saatı elan olunub. Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, RusiyaErmənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ Azərbaycanda komendant saatının bitəcəyi və döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.

PİA.az xəbər verir ki, bununla bağlı danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, komendant saatı ilə bağlı məsələ cənab prezidentin səlahiyyətində olan məsələdir:

"Nə qədər ki, hərbi vəziyyət davam edərsə, komendant saatı da davam edəcək. Komendant saatı hərbi vəziyyətə əməl edilməsində istifadə olunan meyarlardan biridir. Ona görə də hərbi vəziyyət davam edənə qədər komendant saatı da qüvvədə qalacaq. Açığı komendant saatının nə zaman ləğv ediləcəyi ilə bağlı fikir səsləndirməkdə çətinlik çəkirəm. Bu məsələ ali rəhbərliyin səlahiyyətindədir. Bununla bağlı daxil olan bütün informasiyalar, mövcud vəziyyət təhlil olunur və ondan sonra qərar verilir. Ali Baş Komandan nə zaman uyğun görərsə, o zaman komendant saatının ləğv edilməsi ilə bağlı fərman imzalanacaq".(Sonxəbər)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar