Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər - Foto

Heykəl Hacı Əzimovun istəyi ilə hazırlanıb

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, heykəlin müəllifləri Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri Rahib Babayev və Ramik Rzayevdir. Heykəl Albert Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi ilə hazırlanıb. Milli Qəhrəmanın heykəlinin hazırlanmasına 5 ay vaxt sərf olunub.

Qısa arayış olaraq bildirək ki, heykəlin müəllifləri hazırda müəllim kimi çalışdıqları Azərbaycan Rəssamlıq Akademiyasının məzunları olublar.

Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi Rahib Qarayev 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. O, 2000-2008-ci illərdə Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltəraşlıq dərsləri alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə, 4 il sonra isə magistraturaya qəbul olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir.

O, 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. Samir Kaçayevlə Rahib Babayev dost olublar. Bundan başqa, Masallının Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.

Heykəltaraş Zamik Rzayev isə 1989-cu ildə Naxçıvanda anadan olub. O da Rahib kimi Rəssamlıq Akademiyasının məzunu olub, hazırda isə Heykəltəraşlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar