Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu” - “Pulemyot canavarı”nın son sözü

Başlığa çıxardığımız bu sözlər 22 yaşlı Orxan Şirinovun son sözləri olub.

PİA.az xəbər verir ki, Orxan Elxan oğlu Şirinov 14 sentyabr 1998-ci ildə İmişlidə, Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Ailənin üçüncü uşağı və tək oğlu olaraq dünyaya gəlib.

2015-ci ildə Bəhrəmtəpə qəsəbəsi Şəhid Rəhim Alışov adına tam orta məktəbdə təhsil alıb və 2016-cı ildə hərbi xidmətə çağırılıb, xidmətini Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerinə yetirib.

Şəhidin bibisi Sənubər xanım danışır ki, Orxan ailənin sonbeşiyi idi, bu səbəbdən bütün ailənin və bütün qohumların sevimlisi olub. Şən, gülərüz, həm də mülayim bir gənc olduğu üçün dostları arasında da hər zaman çox sevilib.

İkinci Qarabağ müharibəsi başladığı zaman Orxan üç ay idi ki, nişanlanmışdı. Ali Baş Komandanın qismən səfərbərlik elanından sonra 29 sentyabr tarixində hərbi komissarlığa gedərək, cəbhəyə yollanıb. Eyni gün orta məktəbdə eyni sinifdə oxuduğu və çox yaxın dostu olan Elgün Əli oğlu Alışov da Orxanla bərabər cəbhəyə yollanıb. Elgün anasının tək övladı, atasız bir gənc olmasına baxmayaraq, cəbhədən yayınmayıb.

Orxan ilk olaraq Füzuli rayonu uğrunda döyüşə qatılıb. Məsuliyyətində olan pulemyot silahını qısa zamanda böyük diqqətlə istifadə etdiyi üçün “Pulemyotun canavarı”, “PK-Orxan” ləqəblərini qazanır.

21 oktyabrdan sonra ailəsi Orxandan nə bir zəng, nə bir xəbər alır.

Komandirinin sonradan dediyinə görə, həmin ərəfədə gecə saatlarında Qubadlı rayonu uğrunda amansız bir döyüş başlayır. Orxanın birliyində pulemyot silahının mərmilərini daşıyan əsgərimiz yara alır.

Komandirinin “Şirinov, silahının başına keç” əmri ilə Orxan silahının mərmilərini də özü daşıyaraq, döyüşür.

O döyüşdə Orxan sinəsindən aldığı yarayla şəhidlik zirvəsinə ucalır.

Komandiri də yaralanır, Orxanın son sözlərini də ailəsinə komandiri çatdırıb:

“Komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu”. (Kult.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar