Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Köhnə-yeni deputatlar: Kim kiminlə qohumdur? - Siyahı

Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn namizədlərin ilkin siyahısını açıqlayıb...

Siyahıda V çağırış Milli Məclis deputatlarından 42-si yoxdur.

Qeyd edək ki, onlardan 2-si Astan Şahverdiyev və Yevda Abramov dünyasını dəyişib. VI çağırış Milli Məclisdə təmsil olunacaq deputatlardan bir neçəsi isə hökumət təmsilçiləri və tanınmış şəxslərlə qohumluq əlaqələrinə görə gündəmdədir.

24 saylı Nizami İkinci Seçki Dairəsindən deputat seçilən Könül Nurullayeva SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur. İddialara görə, Könül Nurullayeva Rövnəq Abdullayevin bibisi nəvəsidir.

27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçilən Əliabbas Salahzadə sabiq deputat Qalib Salahzadənin oğludur. Q.Salahzadə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən mandat qazanan Cavanşir Paşazadə və Allahşükür Paşazadə qardaşdır.

116 saylı Qəbələ Seçki Dairəsindən mandat qazanan Fəttah Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputat seçilən Malik Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır.

45 saylı Abşeron Seçki Dairəsindən mandat qazanan, V çağırış Milli Məclisin spikeri Oqtay ƏsədovSamux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qudadır.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilən Əhliman Əmiraslanov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırovla qohumdur. Belə ki, Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən Milli Məclisə mandat qazanan Emin Hacıyev Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyevin qardaşıdır.(cebhe.info)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı - Video

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Koronavirusdan sonra dünyanın taleyi və ictimai anlayışlar...

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı - Video

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - Yenilənib, Video, Fotolar

loading...

Ən çox oxunanalar