Çərşənbə axşamı, 02 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Köçəryanın Paşinyanı devirmək arzusu... - Ermənistanın Rusiyayönlü müxalifəti istəyinə çatacaq?

Paşinyanın hakimiyyətdən getməsi Qarabağ cəbhəsində, ümumilikdə Cənubi Qafqazda hansı dəyişikliklərə yol aça bilər?..

Politoloq: “Acınacaqlı məğlubiyyətlə nəticələnən müharibdədn sonra Ermənistanın bütün müxalfəti, hətta Qərbyönlü müxalifət də Paşinyana qarşı ortaya güc qoydu. Amma onlar Ermənistanda hakimiyyəti dəyişdirmək üçün nəticə əldə edə bilmədilər”.

“Bu onun göstəricisidir ki, ermənilər məğlub olmuş baş nazir Nikol Paşinyanı hakimiyyətdə görməyə razıdırlar. Ermənilər yenidən “Qarabağ klanı”nın hakimiyyətə gəlməsini istəmirlər və dolayısı ilə bu onun da göstəricisidir ki, ermənilərin böyük əksəriyyəti yeni müharibə də istəmirlər”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistanda keçirilən aksiyanı PİA.az-a şərh edərkən qeyd edib.

Ötən şənbə Paşinyana müxalif olan Rusiyayönlü partiyalar birləşərək hakimiyyətə qarşı təşkil etdikləri aksiyada gözləntilərə uyğun olaraq erməni xalqının açıq dəstəyini ala bilmədilər. Belə görünür ki, ermənilər məğlubiyyətlərinə görə təkcə Paşinyanı günahkar hesab etmirlər, həmçinin məğlubiyyətlərinin səbəbini Rusiyada görürlər və elə bu üzdən də Moskvanın əlaltılarını dəstəkləmək istəmirlər. Lakin buna baxmayaraq Ermənistan müxalifəti Robert Köçaryanın rəhbərliyi ilə Paşinyanı güc yolu ilə də olsa, devirməkdə israrlı görünür...

Köçaryanın rəhbərliyi altında Ermənistanın Rusiyayönlü müxalifətinin bu hədəfə çata biləcəkmi və Paşinyanın hakimiyyətdən getməsi Qarabağ cəbhəsində, ümumilikdə Cənubi Qafqazda hansı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Ermənistanda vəziyyətin gərgin olması Azərbaycanın xeyrinədir və Azərbaycanın maraqlarına cavab verir”.

Ötən əsrin 90-cı illərində Azərbaycandakı vəziyyətdən Ermənistanın maksimum istifadə etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, indi də Azərbaycan Ermənistandakı vəziyyətdən maksimum istifadə etməlidir. Azərbaycan Qarabağın qalan düyününü də açmalıdır və rus sülhməramlıları olan yerlərdə də öz siyasətini qaytarmalıdır:

“Mən əvvəlcədən demişdim ki, erməni müxalifətinin aksiyası uğursuzluqla nəticələnəcək. 10 noyabrdan sonra yaranmış vəziyyətdən Ermənistan müxalifəti tam istifadə edə bilməmişdi və buna görə də ötən şənbəyə elan olunan bu aksiyaya böyük ümidlə baxırdılar. Baxmayaraq ki, keçmiş prezidentlər, “Qarabağ klanı”nın liderləri Köçəryan və Sərkisyan, o cümlədən də Ermənistanın birinci prezidenti Ter-Petrosyan aksiyaya qoşulmağa çağırış etmişdilər, gfözləntilərin əleyhinə olaraq şənbə günü keçirilən aksiya Ermənistan müxalifətində böyük xəyalqırıqlığı yaratdı. Acınacaqlı məğlubiyyətlə nəticələnən müharibdədn sonra Ermənistanın bütün müxalfəti, hətta Qərbyönlü müxalifət də Paşinyana qarşı ortaya güc qoydu. Amma onlar Ermənistanda hakimiyyəti dəyişdirmək üçün nəticə əldə edə bilmədilər. Artıq aydındır ki, onlar hakimiyyətə ancaq çevriliş yolu ilə qayıda bilərlər.

Bu onun göstəricisidir ki, ermənilər məğlub olmuş baş nazir Nikol Paşinyanı hakimiyyətdə görməyə razıdırlar. Ermənilər yenidən “Qarabağ klanı”nın hakimiyyətə gəlməsini istəmirlər və dolayısı ilə bu onun da göstəricisidir ki, ermənilərin böyük əksəriyyəti yeni müharibə də istəmirlər. İndi Ermənistan cəmiyyəti özünün dövlətçilik tarixinin ən böyük parçalanmasını yaşayır.

Əhəd Məmmədli: “Yeravan erməniləri Paşinyana dözməyə hazırdılar və müharibə partiyası olaraq görünən Köçəryan və Sərkisyanı isə bir daha hakimiyyətdə görmək istəmirlər”.

Ermənistanda belə desək, Yeravan erməniləri və Qarabağ erməniləri arasında ciddi uçurum, hər iki kütlənin bir-birlərinə nifrət var və hər iki tərəf siyasi, iqtisadi və sosial problemlərinə görə bir-birlərini günahkar hesab edirlər. Ona görə də Yeravan erməniləri Paşinyana dözməyə hazırdılar və müharibə partiyası olaraq görünən Köçəryan və Sərkisyanı isə bir daha hakimiyyətdə görmək istəmirlər. Yeravan erməniləri üçün Qarabağ onların övladlarını ölümə aparan yoldur və bu üzdən də bir daha qeyd edim ki, onlar “Qarabağ klanı”nın hakimiyyətə gəlməsini istəmirlər.

Ermənistanda Paşinyanın, ya da başqasının hakimiyyətdə olmasının Azərbaycana maneəsi yoxdur. Həm də Ermənistanda vəziyyətin gərgin olması Azərbaycanın xeyrinədir və Azərbaycanın maraqlarına cavab verir. Necə ki, ötən əsrin 90-cı illərində Azərbaycandakı vəziyyətdən Ermənistan maksimum istifadə etdi, indi də Azərbaycan Ermənistandakı vəziyyətdən maksimum istifadə etməlidir. Azərbaycan Qarabağın qalan düyününü də açmalıdır və rus sülhməramlıları olan yerlərdə də öz dövlət hakimiyyətini bərpa etməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - Foto

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

Ən çox oxunanalar