Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryanın dostu Paşinyanın da dostu olacaqmı? - Putinin Ermənistan səfəri...

Putin Ermənistana səfəri zamanı həbsdə olan dostu Robert Köçəryanı ziyarət edə biləcəkmi? Kremlin israrlarına rəğmən bu sualın cavabı hələ də açıq qalıb...

Politoloq: “Azərbaycanda və Ermənistanda baş verənlər Rusiyanın ciddi şəkildə diqqət mərkəzindədir”.

“Əgər kimsə Azərbaycanı öz yanında görmək istəyirsə, öz maraqlarının reallaşmasını istəyirsə, bu zaman Azərbaycanın maraqlarını reallaşdırmaq üçün beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini dəstəkləməlidir”.

Bu sözləri politoloq Zaur Məmmədov bu gün Yerevanda keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasını və Rusiya prezidenti Putinin Ermənistana səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Yerevanda Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək. İclasda Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov qatılacaq.

Xatıqladaq ki, sonuncu dəfə 2016-cı ilin oktybarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti üçün Ermənistana gələn Putin Ermənistanda baş verən inqilabdan və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra ilk dəfə bu ölkəyə gələcək.

Paralel olaraq, Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında müşahidəçi statusuna malik Moldovanın prezidenti İqor Dodon, İran lideri Həsən Ruhani və Sinqapurun baş naziri Li Syan Lun da dəvət olunmuş qonaq simasında sammitin işində iştirak edəcəklər.

Yerevanda keçiriləcək iclas ilk növbədə səfəri ətrafında çoxlu müzakirələrin getdiyi Rusiya lideri Vladimir Putinlə bağlıdır. Belə ki, Nikol Paşinyan Putinin uzun illər boyu düzənlədiyi nizamı pozub. Eyni zamanda Paşinyan Putinin özünə dost adlandırdığı Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbs edib. Qeyd edək ki, bir müddət əvvəl bu həbs MoskvaYerevan arasında ciddi böhrana yol açmışdı. Putinin həbsdə olan Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsi və ona “səbr və dözüm” arzulaması narazılığın açıq müstəviyə keçməsindən xəbər verir.

Putinin Yerevan səfəri zamanı həbs olan Robert Koçaryanı da ziyarət etmək üçün israr etməsi və əgər buna icazə alınmazsa, səfərini ləğv edəcəyi də erməni mediasının son aylarda yazdığı xəbərlər arasında idi.

Yalnız səfər gününə 6 gün qalmış Kremlin mətbuat katibi Dmitri Peskov səfərin baş tutacağını anons etmişdi.

Putinin Ermənistana baş tutan səfəri bardə nə demək olar və bu səfərdən çıxan nəticə hər hansı bir halda Azərbaycana təsir edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Bəzi iddialara görə ermənilərin cəbhə təxribatlarının başında Ermənistanın daxili qüvvələrindən başqa bir sıra xarici qüvvələr var”.

Putinin səfəri zamanı ErmənistanRusiya arasında bir çox məsələlərin müzakirə olunacağını düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu məsələlər Qarabağ klanı və Robert Koçaryan ərtafında baş verən hadisələrdir:

Ermənistanda istər daxili, istərsə də xarici siyasətdə baş verənlər Azərbaycana da təsir edir. Çünki AzərbaycanErmənistan münaqişənin iki tərəfidir. Təəssüflər olsun ki, uzun illərdir ki, Ermənistan aqresiv siyasət yürüdərək münaqişənin nizamlanmasını pozmaqla məşğuldur.

Putin bir müddət idi ki, Ermənistanda səfərdə olmurdu. Putinin indiki səfərin də Ermənistana edilən səfər adlandırmaq olmaz. Bu səfər Avrasiya Ali İqtisadi Şurasının tədbiri nəticəsində baş tutur və tədbirə Ermənistan ev sahibliyi edir.

Aydındır ki, ErmənistanRusiya arasında bir çox məsələlər müzakirə olunacaq. Bu məsələlər Qarabağ klanı və Robert Köçaryan ərtafında baş verən hadisələrdir. Paşinyanla Putin bütün görüşlərində bu məsələləri müzakirə ediblər.

Bilirik ki, Qarabağ klanı Rusiyanın Ermənistanda vurğu etdiyi siyasi qruplaşmadır ki, onlar uzun müddət idi ki, Rusiya Ermənistan münasibətlərində nizamlayıcı və tarazlayıcı mövqeləri ilə seçilirdilər. Lakin indi Ermənistanda yeni şəxslərin hökümət başına gəlməsi RusiyaErmənistan münasibətlərinə də təsirini göstərir. Bu şəxslər arasında qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələrinin keçmiş nümayəndələri çoxluq təşkil edirlər ki, onlar da anti-Rusiya mövqeləri ilə seçilirlər.

Zaur Məmmədov: “Rusiya iqtisadi məsələlərdə Ermənistanın Qərb ilə əməkdaşlığına göz yumursa, siyasi məsələlərdə bunun yolverilməz olduğunu dəfələrlə Paşinyanın diqqətinə çatdırıb”.

Son zamanlar artıq Paşinyan hakimiyyətinin daxilində də qruplaşamlar mövcud olmağa başlayıb. İki həftə əvvəl Milli Təhlükəzislik naziri və Daxili İşlər nazirlərinin istefası onu göstərir ki, hökümətdə bir çox şəxslər Paşinyanın siyasətindən narazıdılar. Bu da Paşinyanın hakimiyyətini büdrədəcək proseslərin start verilməsinə gətirib çıxarıb. Hələ avqust ayında Koçaryan müsahibələrinin birində bildirimişdi ki, Ermənistanda Paşinyana qarşı siyasi cəbhənin fəallaşmasını oktaybr ayından etibarən hiss etməyə başlayacağıq.

Təbii ki, Rusiya Ermənistanda klassik ənənəvi siyasətini davam etdirməsini istəyir. Həmçinin Rusiya iqtisadi məsələlərdə Ermənistanın Qərb ilə əməkdaşlığına göz yumursa, siyasi məsələlərdə bunun yolverilməz olduğunu dəfələrlə Paşinyanın diqqətinə çatdırıb.

Putinin Ermənistan səfərində müzakirə olunacaq məsələlərdən biri də Cənubi Qafqazdakı mövcud vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olacaq. Həmçinin son zamanlar Ermənilərinin cəbhədə törətdikləri təxribatlar da gündəm mövzusu olacaq.

Çox təəssüflər olsun ki, bəzi iddialara görə ermənilərin cəbhə təxribatlarının başında Ermənistanın daxili qüvvələrindən başqa bir sıra xarici qüvvələr var. Eyni zamanda bəzi məlumatlara görə aprel döyüşlərindən sonra, hətta hakimiyyətdə Sərkisyan olarkən bir neçə rayonun Azərbaycana qaytarılmasına Rusiya tərəfindən yaşıl işıq yandırılmışdı. Lakin Sərkisyanın bilərəkdən və yaxud bilməyərəkdən hakimiyyətdən gedişi yeni hökümətin hakimiyyətə gəlməsi və Paşinyanın tutduğu mövqe bir daha göstərdi ki, Ermənistan münaqişənin nizamlanmasında sülh yaradıcı deyil, əskinə qığılcım səpməkdə olan münaqişə tərəfidir.

Zaur Məmmədov: “Çox güman ki, bu görüşlərdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi konturları hər üç ölkə başçısına daha aydın olacaq”.

Hər halda Soçidə Azərbaycan dövlət başçısı ilə Rusiya dövlət başçısının arasında olacaq görüşdə də Qarabağ mövzusu müzakirə olunan mövzulardan biri olacaq. Çox güman ki, bu görüşlərdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi konturları hər üç ölkə başçısına daha aydın olacaq. Bu da o deməkdir ki, artıq region geosiyasi maraqların qarşıdurması məkanına çevrilməkdədir. Yəni ABŞ-Rusiya qarşıdurması Şərqi Avropadan və Qara dəniz hövzəsindən tədricən Xəzər-Qafqaz regionu istiqamətinə yer almış durumdadır.

Belə olan halda Azərbaycanda və Ermənistanda baş verənlər Rusiyanın ciddi şəkildə diqqət mərkəzindədir. Moskva daxili məsələlərə və eyni zamanda bu ölkələrin xarici diqqətlə izləyir. Hər bir halda Azərbaycan regionda sülh yaradıcı missiyasını davam etdirməkdədir. Azərbaycanın bütün siyasi davranışları və siyasi qərarları sabitliyin qorunmasına yönəlib. Ermənistandan fərqli olaraq Azərbaycan öz sadiq imici ilə seçilən tərəfdir. Rəsmi Bakının da istəyi münaqişənin nizamlanmasıdır. Çünki münaqişənin dondurulmuş vəziyyətdə qalması Azərbaycanın maraqlarına sərf etmir.

Əgər kimsə Azərbaycanı öz yanında görmək istəyirsə, öz maraqlarının reallaşmasını istəyirsə, bu zaman Azərbaycanın maraqlarını reallaşdırmaq üçün beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini dəstəkləmək lazımdır. Çünki Azərbaycan Xarici İşlər Naziliyinin də BMT Baş Assambleyasının kürsüsündən bildirdiyi kimi beynəlxalq hüququ Azərbaycana icazə verir ki, ərazi bütövlüyünü istənilən yolla bərpa etsin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar