Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryan revanşa yox deyir... - Bəs onun siyasi kursu Paşinyanın kursundan nəylə fərqlənəcək?

Reşanşı istisna edən Köçəryan Paşinyandan fərli olaraq Azərbaycan və Türkiyəyə qarşı hansı siyasət yürüdə bilər?...

Politoloq: “Köçəryan dünənə qədər qisasçıların cərgəsində idi. O gördü ki, həmin siyasət xalq arasında lazımı dəstəyi görmür. Buna görə də o valı dəyişib və başqa mahnılar çalır”.

“Məncə Putinlə görüş Paşinyana, Köçəryanın Pozner kimi avantürist, rüşvətxor, dələduz bir jurnalistlə müsahibəsindən qat-qat çox siyasi dividend gətirəcək”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiyanın “Birinci Kanalı”nda jurnalist Poznerə verdiyi müsahibəni PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın “Birinci Kanalı”nda jurnalist Poznerə müsahibə verib. Aparıcısı Vladimir Poznerin verdiyi sualların xeyli hissəsi Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyəti ilə bağlı olub.

İkinci Qarabağ müharibəsinin səbəblərini təhlil edən eks-prezident müharibənin Ermənistanın hazırkı siyasi rəhbərliyinin Azərbaycanla danışıqlar prosesini dalana dirəyən siyasəti üzündən baş verdiyini bildirib: “Erməni tərəfi anlaşılmaz tələblər irəli sürməyə başladı. Danışıqlara "sıfır nöqtədən" başlamağı təklif etdi. Sonra Dağlıq Qarabağın danışıqlarda iştirakına dair tələb irəli sürüldü. Sonra bəyan etdilər ki, Qarabağ Ermənistandır və nöqtə. Bundan sonra… hamı hiss edirdi ki, erməni tərəfi danışıqlardan yayınır. Yəni bu, çətin danışıqların məsuliyyətindən yayınmağın bir metodu idi. Çətin danışıqlara məsuliyyətli yanaşmaqdan qaçmaq idi..”.

Köçəryan qeyd edib ki, əhalini elə axmaq yerinə qoymuşdular ki, imzalanan bəyanat Ermənistanda çoxlarını şoka saldı.

Ermənistanın ikinci prezidenti müsahibəsində Ermənistan ordusunun darmadağın vəziyyətdə olduğunu etiraf edərək, bu ordu ilə revanşa nail olmağın mümkünsüzlüyünü vurğulayıb.

Müsahibədə Köçəryanın nə dediklərini bir kənara qoysaq belə, Kremlə bağlı olan məşhur jurnalistin sabah Putinlə görüşəcək olan Paşinyandan deyil, seçki öncəsi məhz Köçəryandan müsahibə götqrməsi o anlama gəlirmi ki, Moskva qarşıdakı seçkilərdə məhz Köçəryana açıq dəstək verir? Ümumiyyətlə Köçəryan Paşinyandan fərli olaraq Azərbaycan və Türkiyəyə qarşı hansı siyasət yürüdə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Köçəryan əsl erməni faşizminin kiçik nümayəndəsidir. Belə adamların bölgədə hakimiyyətə gəlməsi bölgəni qana çalxalaya bilər”.

Köçəryanın Poznerə verdiyi müsahibənin ona heç bir siyasi dividend gətirməyəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, erməni xalqının revanşistləri qəbul etmədiyini görən Ermənistanın sabiq prezidenti buna görə indi revanşdan imtina edir:

“Pozner təbiət etibarilə avantürist adamdır. Doğrudur o Putinə yaltaqlanır və Putinin ərtafında fırlanır. Pozner kimlər isə onun üçün rəy yaratmağa çalışır. Amma sabah Paşinyan da Putinlə görüşəcək. Məncə Putinlə görüş Paşinyana, Köçəryanın Pozner kimi avantürist, rüşvətxor, dələduz bir jurnalistlə müsahibəsindən qat-qat çox siyasi dividend gətirəcək. Buna görə də mən Poznerin Köçəryandan müsahibə almasının heç bir dəyərini görmürəm.

Köçəryan dünənə qədər qisasçıların cərgəsində idi. O gördü ki, bu siyasət erməni xalqı arasında lazımı dəstəyi görmür və buna görə də o valı dəyişib və başqa mahnılar çalır. Köçəryan həm də Moskvanın xoşuna gəlmək üçün bunu deyib.

Qabil Hüseynli: “Pozner pulsuz iş görmür. O Köçəryandan mənfəət almasaydı, ondan müsahibə almazdı”.

Köçəryan çox təhlükəli adamdır. O əsl erməni faşizminin kiçik nümayəndəsidir. Belə adamların bölgədə bir daha hakimiyyətə gəlməsi bölgəni qana çalxalaya bilər. Qeyd edim ki, Köçəryanın hakimiyyətə gəlməsi mümkün görünmür.

Müsahibənin məntiqinə gəlincə isə, Pozner və Köçəryan eyni medalın tərs üzvləridir. Pozner pulsuz iş görmür. O Köçəryandan mənfəət almasaydı, ondan müsahibə almazdı. Buna görə də Poznerin aldığı müsahibənin qara qəpiklik qiyməti yoxdur. İnanmıram ki, onun müsahibəsi Köçəryana nə isə siyasi xal gətirsin”.

Nərminə UMUDLU
pia.az


Etiket: Köçəryan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar